23 May 2023 10:45
589
Mədəniyyət
A- A+
Bakıda "Müasir musiqi günləri" festivalı keçirilir

Bakıda "Müasir musiqi günləri" festivalı keçirilir

 

Tədbirdə altı ölkədən ifaçılar iştirak edirlər

 

Bakıda Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk "Müasir musiqi günləri" festivalı keçirilir.
Festivalın məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.
Mayın 21-də festivalın Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə açılışı olub.
Konsertdən əvvəl çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova qeyd edib ki, beş il bundan əvvəl hamımız sosial şəbəkə vasitəsilə bu cümlələri ürəyimiz sızlaya-sızlaya oxuduq: "2018-ci ilin 12-14 aprel tarixlərinə nəzərdə tutulmuş növbəti Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilməyəcək". Bu cümlələri yazan dahi Qara Qarayevin oğlu, Azərbaycanın Xalq artisti, bəstəkar, bu festivalın bədii rəhbəri Fərəc Qarayev idi. Onun Q.Qarayevin 100-cü ildönümünə həsr olunmuş festivalın təxirə salınması haqqındakı müraciətində məyusluqla yanaşı bir ümid də vardı. Bu ümidi doğruldanlar isə dahi bəstəkarın anadan olmasının 105-ci ildönümündə "Müasir musiqi günləri" festivalını təsis edənlər oldu: "Bütün dünyada, o cümlədən ölkəmizdə məhz bu gün yazılan musiqinin ifasına böyük ehtiyac duyulur. Bu festivalın məqsədlərindən biri də elə budur. Düşünürük ki, festival Azərbaycanda müasir bəstəkarlıq məktəbinin bir platformasına çevrilə bilər".
Bildirilib ki, festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan da ifaçıların iştirakı nəzərdə tutulur. Onların arasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.
Eyni zamanda tanınmış macar bəstəkar G.Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq əsərlərlə zəngindir. Musiqisevərlər festival çərçivəsində G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar. Qeyd edilib ki, layihəyə mayın 25-də Nizami Kino Mərkəzində "Ligeti: portret" filminin nümayişi ilə yekun vurulacaq.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Qleb Xoxlov, Nadir Zeynalov, Ümid Mustafazadə, Fatimə Nəsirli (hamısı violin), Rəna Rəhimova, Üzeyir Mahmudbəyli (hər ikisi viola), Yulia Miqunova, Ərol Rzayev (hər ikisi violonçel), Zakir Əsədov, Rəna Fərhadova (hər ikisi piano), Szilard Benes və Andrey Yurgenson (hər ikisi klarnet) çıxış ediblər.
Proqramda yerli bəstəkarlardan Tahir İbişovun "Simli kvartet", Səid Qəninin "Kaleydoskop silsiləsindən prelüd", xarici bəstəkarlardan Janis Petraşkeviçsin "Mətn və əlifba", Beat Furrerin "Lied", Salvatore Sciarrinonun "Let me die before i wake" və Georg Friedrich Haasın "2 nömrəli simli kvartet" əsərləri ifa edilib.
Qeyd edək ki, "Müasir musiqi günləri" festivalı Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, həm də müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!