23 İyun 2025 14:39
811
İQTİSADİYYAT
A- A+
Bakıda I Beynəlxalq Kredit Hesabatlığı konfransı keçirilib 

Bakıda I Beynəlxalq Kredit Hesabatlığı konfransı keçirilib 

Bakıda Azərbaycan Kredit Bürosunun (AKB) təşkilatçılığı ilə “Birinci Beynəlxalq Kredit Hesabatlığı konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Məlumatdan qərarlara: Kredit bürolarının gələcəyi” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu, banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak edib.

Konfransda kredit qərarlarının verilməsi zamanı kredit hesabatlığın və qiymətləndirmənin rolu, risklərin idarə edilməsi və səmərəli idarəetmənin təmin edilməsi məqsədilə təklif olunan hallar, süni intellekt, böyük verilənlər bazası (big data) idarəetməsi və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunur.

Konfransda maliyyə sabitliyinin və inklüzivliyinin dəstəklənməsində mühüm rol oynayan kredit məlumat təchizatçılarının inkişaf istiqamətləri, nailiyyətləri və çağırışlar, həmçinin müvafiq təşkilatlar tərəfindən təklif edilən məhsul və xidmətlər üzrə fikir mübadiləsi aparılıb və potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Xatırladaq ki, idarəetmə orqanında Azərbaycan Kredit Bürosunun da yer aldığı Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının (ACIPE) əsası 17 aprel 2018-ci il tarixində Bakı şəhərində qoyulub. Təşkilat Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Ukrayna, Gürcüstan, Moldova, Səudiyyə Ərəbistanının kredit büro və reyestrlərini əhatə edir. Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlılığı üzrə əməkdaşlığın möhkəmləndirilməsidir.

Azərbaycan Kredit Bürosu 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda AKB-nin təqdim etdiyi analitik məhsul və xidmətlərin sayı 35-ə çatıb. AKB ilə məlumat mübadiləsində iştirak edən təşkilatların sayı isə 270-ə yaxındır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

Təxliyə davam edir: 16 hindistanlı tələbə və digər xarici vətəndaşlar Azərbaycana daxil olub

12:24
14 Mart

Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir  

12:17
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!