25 Aprel 2024 14:37
419
CƏMİYYƏT
A- A+
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB  

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB  

 

Azərbaycan səkkizinci dəfədir Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinə, eyni zamanda XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin dəstəyi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL) assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 30-dan çox ölkəsini təmsil edən 200-dən çox alim, tanınmış həkim və cərrahlar, akademik qurumların nümayəndələri iştirak edirlər.

Konqres iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycanın qurucusu, səhiyyəmizin və tibb elmimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Üç gün davam edəcək beynəlxalq konqresin açılış mərasimi Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, həmçinin beynəlxalq konqresin sədri professor Rauf Ağayev, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin yaranma tarixindən bəhs ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə 1997-ci ildə Bakıda ilk dəfə keçirilən beynəlxalq konqresi xatırladıblar.

Çıxışçılar 20-ci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresinin bu il öz ərazi bütövlüyünü tamamilə bərpa etmiş ölkəmizdə keçirilməsindən duyduqları qürur və sevinci iştirakçılarla paylaşaraq, növbəti tədbirin Qarabağın ürəyi Xankəndində və mədəniyyət beşiyimiz Şuşa şəhərində keçirilməsini arzu etdiklərini dilə gətiriblər.

Açılış mərasimində çıxış edən HEBİPA-nın sədri Halə Gökcan, Birləşmiş Avropa Qastroenteroloqlarının sədri Matias Löhr, Avropa Qaraciyər Araşdırma Assosiasiyasının baş katibi Aleksandr Kraq, Ankara Universiteti Tibb fakültəsinin dekanı Zəhra Aycan, Hacettepe Universiteti Tibb fakültəsinin dekanı Deniz Demiryürek və digər xarici qonaqlar geniş coğrafi areala malik beynəlxalq konqresin növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluqluqlarını ifadə edib, alimlərimizin və həkimlərimizin dünya tibb elminə verdikləri töhfələrdən danışıblar.

Sonra odlar yurdu Azərbaycandan bəhs edən video çarx nümayiş olunub.

İyirminci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresi işini plenar sessiyalarla davam etdirib.

Xatırladaq ki, aprelin 27-dək davam edəcək beynəlxalq konqresə 400-dən çox yerli və xarici mütəxəssislər qatılıb. Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.

Ətraflı
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!