20 Avqust 2026 11:10
326
SİYASƏT
A- A+
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan və hələ də bu ölkələrdə neo-kolonial təsirlərini saxladığı Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak edəcəklər.

Qonaqlar arasında Konqo Demokratik Respublikasının (KDR) Ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, BMT ekspertləri də vardır.

Konfransda, həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. iştirak edəcəklər.

Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istənilməsi və təzminat ödənməsi məsələsinin BMT, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanmasını müzakirə edəcəklər.

Tədbirdə, həmçinin Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi qurbanların hüquqi müdafiə və reparasiya hüququnu sistemləşdirir. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya (mənəvi tanınma və rəsmi üzr) və təkrar pozuntuların qarşısının alınması təminatları kimi formaları nəzərdə tutulur. Belçika bu öhdəliklərin heç birini hələ də yerinə yetirməyib. Belçika müstəmləkəçilik dövründə KDR, Ruanda və Burundidə törədilən cinayətlərə görə rəsmi dövlət səviyyəsində üzr istəməyib, rəsmilər yalnız hüquqi öhdəlik yaratmayan "dərin təəssüf" ifadəsi ilə kifayətlənib.

Mədəni irsə aid 84 min artefakt inventarlaşdırılsa da, faktiki repatriasiya prosesi onilliklərdir ki, Belçika tərəfindən yubadılır. İnventar məlumatları ictimaiyyətdən gizli saxlanılır, ikitərəfli restitusiya sazişləri isə hələ də imzalanmayıb. Konqo, Ruanda və Burundi mütəxəssisləri Belçikanın müstəmləkə dövrü arxivlərinə və sənədlərinə hələ tam çıxış əldə edə bilməyib. Ekspertlər yaranmış vəziyyəti Belçikanın öz tarixi məsuliyyətini şəffaf araşdırmaqdan boyun qaçırması kimi dəyərləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək

13:20
20 Avqust

Maestro Niyazinin xatirəsi yad edilib

13:15
20 Avqust

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

13:10
20 Avqust

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

13:05
20 Avqust

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

13:00
20 Avqust

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!