20 Avqust 2026 13:05
131
CƏMİYYƏT
A- A+
Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb


“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” (ƏOŞTİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və “Şəhərsalma və Memarlıq İli“ çərçivəsində həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsini başa çatdırıb.

Bu barədə AZƏRTAC-a ƏOŞTİ-dən məlumat verilib.

Bildirilib ki, layihədə nəzərdə tutulan fəaliyyətlər uğurla icra olunub. Belə ki, ƏOŞTİ və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Bakı Urban Həftəsi çərçivəsində və WUF13 zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib.

Layihənin partnyoru olan Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkəni təmsil edən əlilliyi olan şəxslərin təşkilatlarının təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər təkil edilib. Həmçinin müxtəlif qurumları təmsil edən şəxslər üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda ikigünlük təlim keçirilib.

Növbəti mərhələdə “Müyəssər Azərbaycan” proqramı çərçivəsində ölkəmizdə ilk dəfə "Azərbaycanın Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" yaradılıb. Müxtəlif monitorinq metodlarından istifadə edilməklə elektron məlumat bazalarında (saytlarda), inzibati binalarda, təhsil və səhiyyə müəssisələrində, mədəniyyət və idman obyektlərində, parklarda, hotellərdə, ictimai-iaşə obyektlərində, küçələrdə, piyada keçidlərində, ictimai nəqliyyatda və dayanacaqlarda, sosial xidmət müəssisələrində və digər ictimai məkanlarda monitorinqlər aparılıb. Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında həyata keçirilib. 154 qurumun saytlarının rəqəmsal müyəssərliyinin monitorinqi aparılıb, 45 qurumda isə həm rəqəmsal, həm də müyəssərliyin monitorinqinin digər formalarından (fiziki, müşahidə, keçmiş məlumatlar) istifadə olunub. Qeyd edilən fəaliyyətlərin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdırılaraq Azərbaycanın Müyəssərlik Xəritəsinin saytı yaradılıb. Sayta Bakı və respublikanın digər zonalarından 45 məkan barədə məlumatlar daxil edilib. Azərbaycanın Müyəssərlik Xəritəsində məlumatlar daim yenilənir. Əlilliyi və müyəssərlik üzrə təcrübəsi olan, bu sahədə şəxsi və kollektiv müşahidə aparan hər kəsin təqdim etdiyi məlumatlar (yazı, foto, video) Azərbaycanın Müyəssərlik Xəritəsinə yerləşdirilə bilər. Bunun üçün materiallar [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd edək ki, “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədəki müyəssərlik xəritələrinin inteqrasiya edilməsi üzərində də iş aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək

13:20
20 Avqust

Maestro Niyazinin xatirəsi yad edilib

13:15
20 Avqust

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

13:10
20 Avqust

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

13:05
20 Avqust

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

13:00
20 Avqust

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!