20 Avqust 2026 09:30
218
CƏMİYYƏT
A- A+
Yenidən qurulan və abadlaşan yollarımız

Yenidən qurulan və abadlaşan yollarımız


Təkcə Bakının 110-dan çox küçə və prospektində təmir işləri gedir


Mövsümlə əlaqədar Bakıda küçə və prospektlərdə genişmiqyaslı təmir işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  məlumatına görə, hazırda Bakının 12 rayonunda 110-dan çox küçə və prospektində təmir işləri həyata keçirilir. 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb. Daha 10-a yaxın yol sahəsində isə işlər gedir.

Belə ünvanlardan biri də Nərimanov rayonu ərazisindəki Təbriz və Əhməd Rəcəbli küçələridir. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsində, eləcə də  Həsən Əliyev və Əhməd Rəcəbli küçələrində yenidənqurma layihəsi çərçivəsində bir neçə ay əvvəl başlanan tikinti işləri şənbə-bazar günləri də davam edir.

2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunda son aylar tikinti işlərinin intensivliyi müşahidə olunur. Ötən ildən icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər tamamilə sökülüb. İndi burada yerüstü və yeraltı yollar çəkilir.

Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətinə start götürüb. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlər də qrafikə uyğun aparılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir. Qeyd edək ki, magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3,896 metrdir. Yolun hərəkət hissəsi 6 zolaqlı, hər zolağın eni 3,5 metr olacaq. Layihəyə əsasən, burada 4 tunel və 3 yeraltı piyada keçidi tikiləcək.

Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində avtomobil tunelinin inşasının çox hissəsi başa çatıb. Burada tikinti işləri metronun ''Koroğlu'' stansiyası, yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır.

Təbriz küçəsinin "Böyük meydan" adlanan ərazisində də yenidənqurma işləri gedir. Küçənin Heydər Əliyev Mərkəzinin qarşısından keçən hissəsindən "Nərimanov" metrostansiyasınadək piyada yollarında yenidənqurma işləri yeni dizaynda aparılır. "Nəriman Nərimanov" metro stansiyasının ətrafında avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılması işlərinə başlanılıb. Ərazidə yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq. 

Bakının yeni salınan və əsaslı təmir-tikinti aparılan küçə və prospektlərində dünya standartlarına uyğun işıqforlar quraşdırılır. Bu onu göstərir ki, ölkəmizdə son illər yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə texnologiyaların rolu sürətlə genişlənir. Yol kameralarına inteqrasiya olunan süni intellekt modelləri artıq sürücülərin davranışlarını real vaxtda analiz edə bilir. Bu sistemlər sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərinin taxılmaması kimi qayda pozuntularını yüksək dəqiqliklə aşkarlayaraq avtomatik cərimələmə mexanizmini işə salır. Belə innovativ yanaşma həm qayda pozuntularının azalmasına, həm də yol qəzalarının qarşısının alınmasına xidmət edir. 

Artıq ölkəmizdə "ağıllı" radarlar və "ağıllı" işıqforların quraşdırılması həyata keçirilir. Proses Bakıdan başlayaraq, bütün bölgələri əhatə edəcək. Ölkənin müxtəlif yollarında təhlükəsizlik kəmərinin taxılmamasını qeydə alan xüsusi kameralar  da quraşdırılıb. 

Texnologiyanın imkanları təkcə kəmər və ya telefonla məhdudlaşmır. Yaxın gələcəkdə bu sistemlərin sürücünün yorğunluq dərəcəsini, diqqətinin yayınmasını və hətta avtomobilin hərəkət trayektoriyasındakı qeyri-adiliyi müəyyən etməsi gözlənilir. Belə sistemlərin tətbiqi insan amilindən qaynaqlanan səhvləri minimuma endirəcək. Avtomatlaşdırılmış nəzarət sürücülərdə hər an izlənildiyini yadda saxlamaqla onları daha məsuliyyətli olmağa məcbur edəcək. Bu isə həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün ən effektiv yollardan biridir. 


Rəhman SALMANLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək

13:20
20 Avqust

Maestro Niyazinin xatirəsi yad edilib

13:15
20 Avqust

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

13:10
20 Avqust

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

13:05
20 Avqust

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

13:00
20 Avqust

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!