20 Avqust 2026 08:50
238
SİYASƏT
A- A+
Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 

Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 


Azərbaycanın suverenliyinə, dövlətçilik maraqlarına və milli ləyaqətinə qarşı yönələn hər bir təxribata adekvat reaksiya verəcək


Son dövrlərdə Rusiya Federasiyasının müxtəlif media platformalarında, televiziya kanallarında və sosial şəbəkə resurslarında Azərbaycan Respublikasına, onun dövlətçilik prinsiplərinə və xalqına qarşı sistemli xarakter alan informasiya hücumları diqqət çəkir. Müasir beynəlxalq münasibətlər sistemində media resurslarından psixoloji və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi, təəssüf ki, tez-tez rast gəlinən üsullardandır. 

Açıq nifrət nitqi, suverenliyə qəsd və hibrid təhdidlərdən ibarət olan bu kütləvi qarayaxma kampaniyaları təsadüfi ekspert mülahizələri sayıla bilməz. Bu cür məqsədyönlü təxribatlar iki ölkə arasında bəyan edilən strateji tərəfdaşlıq və mehriban qonşuluq ruhuna kökündən zidd olmaqla yanaşı, dövlətlərarası etimad mühitini də ciddi şəkildə zədələyir.


Sistemli təhrikçilik


Məhz bu təhlükəli tendensiyanın kəskin həddə çatması fonunda Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov avqustun 18-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rəsmi Bakının bu diplomatik addımı informasiya müstəvisində sərhədləri aşan təhdidlərə, təhqirlərə və dövlətimizin daxili işlərinə müdaxilə cəhdlərinə verilən kəskin, prinsipial və rəsmi cavab kimi qiymətləndirilməlidir.

Xarici İşlər Nazirliyinin bəyan etdiyi faktlar göstərir ki, Rusiyanın media məkanında ölkəmizə qarşı yönəlmiş fəaliyyət artıq adi jurnalistika çərçivəsindən tamamilə çıxaraq təhlükəli xarakter alıb. Avqust ayı ərzində fərqli media resurslarında ardıcıl şəkildə yayımlanan materiallar məsələnin məqsədyönlü idarə olunduğunu sübut edir.  

13 avqust tarixində yayımlanan və "Çistota ponimaniya" verilişində ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələr  diplomatik etikaya və hüquq normalarına tamamilə ziddir.

7 avqustda "Sputnik" radiosunda Azərbaycan rəhbərliyinin əsassız şəkildə "terrorçu və ekstremistlər" siyahısına salınması kimi cəfəng təkliflərin tirajlanması, 9 və 16 avqust tarixlərində isə "YouTube" və "Spas" telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqiramiz məzmunların təqdim olunması informasiya terrorunun miqyasını göstərir.

Səfirlə görüşdə Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib: "Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb". 


Daxili siyasi proseslərə müdaxilə cəhdləri


Rusiya kütləvi informasiya vasitələrində Azərbaycanın daxili işlərinə müdaxilə mexanizmlərinin açıq şəkildə müzakirəyə çıxarılması suverenlik prinsiplərinin kobud şəkildə tapdalanmasıdır.

Azərbaycan Mətbuat Şurası da sözügedən məsələ ilə bağlı bəyanat verərək bunun sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə zidd olduğunu bildirib: "...Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.

Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır".

 Bakının diplomatik xəbərdarlığı və Azərbaycan Mətbuat Şurasının kəskin bəyanatı Rusiyanın müəyyən dairələrinə aydın mesaj verir. Media azadlığı adı altında zorakılığı və terroru təbliğ etmək, müstəqil dövlətin varlığına qəsd çağırışları etmək qəbulolunmazdır.

Ölkəmizə qarşı yönəlmiş bu cür məqsədyönlü informasiya terroru və hibrid təhdidlər iki dövlət arasında mövcud olan strateji tərəfdaşlıq mühitinə kölgə salır, regiondakı həssas sabitliyi pozmağa xidmət edir. Mətbuat azadlığı adı altında terroru və zorakılığı təbliğ edənlər anlamalıdırlar ki, bu cür əməllər cavabsız qala bilməz. Rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqe bir daha təsdiqləyir ki, Azərbaycanın suverenliyinə, dövlətçilik maraqlarına və milli ləyaqətinə qarşı yönələn hər bir təxribat adekvat reaksiyasını alacaq.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək

13:20
20 Avqust

Maestro Niyazinin xatirəsi yad edilib

13:15
20 Avqust

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

13:10
20 Avqust

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

13:05
20 Avqust

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

13:00
20 Avqust

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!