20 Avqust 2026 09:00
222
SİYASƏT
A- A+
Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  

Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  


Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlər müstəqillik illərindən etibarən davamlı inkişaf yolu keçərək bu gün çoxşaxəli əməkdaşlıq xarakteri daşıyır. İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq da intensiv şəkildə davam edir. Bu münasibətlərin möhkəm hüquqi bazasını ikitərəfli müqavilələr, müxtəlif sahələr üzrə imzalanmış sənədlər və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mexanizmləri təşkil edir. 

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan-Ukrayna münasibətləri yalnız siyasi dialoq və humanitar əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, iqtisadi və energetika sahələrində də yeni məzmun və dinamika qazanır. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin 2026-cı ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı imzalanan sənədlər münasibətlərin hüquqi və institusional bazasının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xarici işlər naziri Ceyhun Bayramovun bu ay Ukraynaya səfəri isə yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı təmasların ardıcıl xarakter daşıdığını göstərir. "Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri  humanitar əməkdaşlıqdır. Xüsusilə Ukraynada müharibənin yaratdığı ağır nəticələr fonunda Azərbaycanın göstərdiyi humanitar dəstək iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, eyni zamanda həmrəylik və qarşılıqlı dəstək prinsiplərinə söykəndiyini nümayiş etdirir. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım bu münasibətlərin ən önəmli aspektlərindən biridir. Azərbaycan Ukraynaya çoxsaylı generatorlar, transformatorlar, elektrik kabelləri və digər enerji avadanlıqları göndərərək, müharibə nəticəsində zərər görmüş infrastrukturun bərpasına yardım edir. Yardımların davamlı və geniş spektrli olması iki ölkə arasında etimadın və əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olur. Eyni zamanda ölkəmizin Ukraynanın bərpa və yenidənqurma prosesinə verdiyi töhfələr humanitar siyasətin praktik nümunəsi kimi qiymətləndirilə bilər", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan-Ukrayna münasibətləri uzun illər ərzində qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf edib. Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması da bunun göstəricisidir.  Bu, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyin və çətin günlərdə Ukrayna xalqının yanında olmasının yüksək qiymətləndirilməsinin ifadəsidir. İrpen şəhərinin bu məsələdə xüsusi simvolik əhəmiyyəti var. İrpen müharibədən ciddi zərər görmüş Ukrayna şəhərlərindən biridir. Azərbaycanın İrpenə göstərdiyi dəstək və şəhərin bərpasında iştirak etməsi iki ölkə arasında münasibətlərin konkret nəticələrə çevrilən humanitar əməkdaşlığının göstəricisidir. 

V.Rəhimzadə bildirib ki, Azərbaycan dövlətinin yardımı və dəstəyi nəticəsində akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar "Linqvist" liseyi bərpa edilib: "Azərbaycan hökumətinin yardımı ilə İrpendə hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası tez bir zamanda başa çatdırılaraq, Ukrayna dövlətinə təhvil verilib. Bu tibb müəssisəsi Azərbaycan hökumətinin və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan "SOCAR Ukraine" şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Eyni zamanda obyektin zirzəmisində yeni sığınacaq tikilib. Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" statusunun verilməsi Azərbaycanın Ukraynanın ağır günlərində göstərdiyi dəstəyə verilən yüksək dəyərdir. Azərbaycan öz xarici siyasətində hər zaman sülhün, sabitliyin və humanitar dəyərlərin önəmini vurğulayır. Ukrayna ilə bağlı yanaşmada da bu xətt özünü aydın göstərir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək

13:20
20 Avqust

Maestro Niyazinin xatirəsi yad edilib

13:15
20 Avqust

MİDA: Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq

13:10
20 Avqust

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

13:05
20 Avqust

AZAL-ın təyyarələrində POS-terminalla ödəniş etmək mümkün olacaq

13:00
20 Avqust

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib

12:55
20 Avqust

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya təşkil olunub

12:50
20 Avqust

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 7,7 faiz artıb 

12:45
20 Avqust

İsveçdə qızılca epidemiyası yayılır

12:40
20 Avqust

Baş Prokurorluq: Gəncədə zibil poliqonunda ölü dölün aşkarlanması ilə bağlı araşdırma aparılır

12:35
20 Avqust

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qarşı sanksiyalar tətbiq edib

12:29
20 Avqust

Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illik yubileyi qeyd edilmişdir

12:26
20 Avqust

Keniyada helikopter qəzasında Ekvadorun kəşfiyyat rəisi və 5 amerikalı həlak olub

12:24
20 Avqust

Xatirələrdə əbədiləşən insan  

11:34
20 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

11:15
20 Avqust

Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır

11:12
20 Avqust

DTX-dan xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

11:11
20 Avqust

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

11:10
20 Avqust

“Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” - VAŞİNQTONDA KONFRANS  

10:50
20 Avqust

Azərbaycan nefti 95 dollara satılır 

10:47
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!