16 May 2023 01:22
924
ELANLAR
A- A+
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir

 

LOT -  1. Mənzil-kommunal xidmətlərinin göstərilməsinin  təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların alınması.                                                          
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.  Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini  təqdim edə bilərlər. Əlaqələndirici şəxs:  Əhməd Məmmədov, telefon: 496-52-05.  
LOT 1 - 3000,00 manat                                                                                                                                 
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba  köçürməlidirlər:                                                                            
Bakı Şəhər İcra Hakimiyyətinin  "Bakı Şəhər Əsaslı  Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215  
VÖEN: 1702563281  
Kod: 805625
VÖEN: 9900001881 
 M/h: AZ03NABZ01350100000000002944   
SWIFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.                                                                                                                                                         
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:                                                                             
- tenderdə iştirak etmək üçün ərizə;                                                                                                                   
- tenderdə iştiraketmə haqqının ödənilməsi barədə bank sənədi;                                                                             
- tender təklifi tender zərfinin açıldığı gündən sonra azı 90 bank günü təşkil etməlidir;                                                                                                                                                      
- tender təklifinin  1 faizi həcmində bank təminatı; 
-  tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən   30 bank günü çox olmalıdır;
-  müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı: 5 faiz;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə edildikdə notarial təsdiqlı təqdim edilməlidir);  
-  maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklik haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq edilməlidir);   
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;                                          
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;                                                                                                                                                                
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;   
- iddiaçının oxşar təyinatlı və müxtəlif növ malların tədarükü sahəsində azı 2 milyon manat həcmində müqavilələr  və təhvil təslim aktları təqdim etməlidir; 
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
- anbar sahəsi və nəqliyyət vasitələri barədə məlumat (əsas şərtlər toplusuna əsasən -  Əlavə 1);
- tədarük-təchizat zəncirinin idarə olunması üçün müvafiq kadr imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən - Əlavə 2);
- Mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri  20 iyun 2023-cü il saat 17:00-a qədər, tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə  05 iyul 2023-cü il saat 17:00-a qədər  Nəcəfqulu Rəfiyev, 17 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri  06 iyul 2023-cü il saat 10:00-da Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!