02 Oktyabr 2024 16:06
622
CƏMİYYƏT
A- A+
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müxtəlif sahələrə həsr olunan mövzuların müzakirə edildiyini bildirib: “Bu il Bakıda keçiriləcək COP29 tədbirində enerji, su istehlakı, kənd təsərrüfatı, maliyyə və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq. Bizim əsas məqsədimiz gəncləri bu problemlərin həllinə təşviq etməkdir”.

COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova deyib ki, iqlim dəyişmələri üzrə gündəliyin formalaşdırılmasına başlanılır. O qeyd edib ki, iqlim dəyişmələri haqqında dialoqlarda uşaqların diqqət mərkəzində olması vacibdir: "Çünki onlar bizim gələcəyimizdir. İqlim dəyişmələri ilə bağlı müzakirələrin davam etdirilməsi, problemin həlli gənc nəslə qala bilər".

UNICEF-in Davamlılıq və İqlim üzrə Regional məsləhətçisi Maria Osbek deyib ki, Avropada və Mərkəzi Asiyada 160 milyon uşaq iqlim dəyişmələrinin təsirlərinə görə yüksək və orta-yüksək olaraq təsnif edilib. Onun sözlərinə görə, 2021-ci ildə 6 min 400 uşaq havanın çirklənməsi səbəbindən erkən ölüb. Onlardan 85 faizi bir yaşına çatmadan vəfat edənlərdir. Hər 10 uşaqdan birinin çay daşqınları ilə üzləşmə riskindədir.

UNICEF-in nümayəndəsi tədbirdə iqlim dəyişmələri üzrə maarifləndirmə işlərinin önəminə toxunub.

Gənc iqlim elçisi Oruc Bayramov uşaqlara və gənclərə həssas iqlim xidmətləri və inklüziv informasiyalaşdırma metodlarının yaradılmasını təklif edib: "İqlim ailəsi mövzusunda gənclərin iştirakı, maliyyə qərarlarında təmsil edilməsi vacibdir. Məktəblərdə iqlim təhsili mütləq şəkildə tədris edilməlidir. Gənclərdən ibarət məşvərət şurasının yaradılması təkliflərimiz sırasındadır. Bizim gələcəyimiz gənclərin və uşaqların aktivliyi ilə formalaşacaq".

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov təhsildə iqlim dəyişikliyi ilə bağlı biliklərin aşılanmasına toxunub, sağlam məsələləri çərçivəsində tullantıların düzgün çeşidlənməsi, infrastrukturun dayanıqlı olmasının zəruriliyini qeyd edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, çətin həyat şəraitində uşaqların müdafiəsi nazirliyin priotet istiqamətlərindən biridir: "Uşaqlı ailələrin sosial müdafiəsi üçün tədbirlər davam etdirilir".

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Azərbaycanın orta təhsil müəssisələrində iqlim dəyişikliyinə həsr olunan tədbirlər keçirilir.

Aparat rəhbəri məlumat verib ki, Azərbaycanda noyabr ayında baş tutacaq olan COP29 tədbirində də təhsilin yaxşılaşdırılması məsələsinə toxunulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, nazirlik iqlim dəyişikliyi, təmiz ətraf mühit üzrə əhali arasında maarifləndirmə işləri aparılır, ekoloji tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova məlumat verib ki, 900 insan arasında aparılan sorğunun nəticələrinə əsasən, daha çox şəhərlərdə yaşayan insanlar iqlim dəyişikliyinin insanlara təsirlərindən məlumatlıdırlar: "Bu səbəbdən də maarifləndirmənin kənd yerlərində daha çox aparılmasına ehtiyac var. Səhiyyə müəssisələrində iqlim dəyişiklikləri haqqında xüsusi təlimlərə başlanılıb".

Tədbirdə gənclər və idman nazirliyinin nümayəndəsi Nərmin Aslanbəyova Azərbaycanda gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətindən danışıb.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, müzakirələr aparılıb

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!