16 Fevral 2026 17:00
179
SİYASƏT
A- A+
Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  


Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin bu ölkəyə səfəri, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab oluna bilər. Toplantının Serbiyanın Dövlətçilik Gününə təsadüf etməsi bu baxımdan rəmzi xarakter daşıyır. Dövlətimizin başçısıbın söylədiyi kimi, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur: “Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq”.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-Serbiya münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş geosiyasi məkanda – Cənubi Qafqaz və Balkanlar arasında yeni körpü modelinin formalaşması kontekstində diqqət çəkir: “Bu əlaqələr iki region arasında siyasi dialoq, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından yeni mərhələnin əsas elementlərindən biri kimi dəyərləndirilə bilər. Cənubi Qafqaz və Balkanlar tarixən mürəkkəb siyasi proseslərin, etnik və ərazi münaqişələrinin yaşandığı region olub. Hər iki regionda dövlət suverenliyi və ərazi bütövlüyü məsələləri xarici siyasətin prioritet istiqamətlərindəndir. Məhz bu oxşar geosiyasi təcrübə Bakı ilə Belqrad arasında qarşılıqlı dəstəyi gücləndirir”.

Səfərin əsas istiqamətlərindən birinin enerji əməkdaşlığı olduğunu deyən deputat qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və alternativ mənbələrin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Serbiya üçün də etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər resurslarının Avropa bazarına çıxışı regionlararası inteqrasiyanın real iqtisadi bünövrəsinə çevrilib. “Serbiya üçün alternativ mənbələrə çıxış ilk növbədə iqtisadi sabitlik deməkdir. Bu mənada Azərbaycan-Serbiya əməkdaşlığı Cənubi Qafqaz-Balkanlar arasında enerji körpüsünün formalaşması kimi qiymətləndirilə bilər. Bu əlaqələr enerji təhlükəsizliyi, nəqliyyat-logistika inteqrasiyası baxımından regionlararası əməkdaşlığın praktik modelini təqdim edir”, - deyə əlavə edib.

N.Məmmədova vurğulayıb ki, Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də Cənubi Qafqaz-Balkan xəttində sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir: “Bu kontekstdə hər iki ölkənin gələcək üçün birgə açıq planları var. Prezident İlham Əliyev də qeyd etdi ki, məqsəd həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Ukrayna üzrə Cenevrə danışıqlarının mövzu dairəsi genişləndiriləcək

15:41
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir

15:32
16 Fevral

Yanvarda ixrac olunan neft koksunun dəyəri 23 dəfə artıb

15:29
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!