11 Fevral 2026 09:05
659
Mədəniyyət
A- A+
Baharın ayaq səsi

Baharın ayaq səsi


Azərbaycan xalqının böyük hikmət, dərin məna daşıyan qədimdən qədim olan bayramları var. Xalq bu bayramları heç vaxt unutmur, onların tarixini gənc nəsillərə dərindən öyrədir. Xalqımızın min illərdən bəri yaddaşında yaşatdığı, təntənə ilə qeyd etdiyi bayramlardan biri də Xıdır Nəbi bayramıdır. 

İnsanların böyük maraq göstərdiyi bu bayram demək olar ki, ölkəmizin bütün bölgələrində keçirilir. Xıdır Nəbi adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. ilə müşayiət olunur. Uzun illərdən bəri aparılmış geniş tədqiqatlarda Xıdır Nəbinin bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" olduğu bildirilir. 

Midrik xalqımız tarixboyu milli adət-ənənələrinə sadiq qalmışdır.  Hətta ən çətin zamanlarda belə ulu keçmişinə, milli dəyərlərinə sahib çıxmışdır. Əsrlərin dərinliklərindən süzülüb gələn bu bayramların, adət-ənənələrin özünəməxsusluğunu, ilkinliyini  qoruyub saxlamağı bacarmışdır.

Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeydedilmə prosesləri barədə maraqlı məlumatlar verib. Tanınmış tədqiqatçı yazırdı ki, qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda buğda qovurar, çay və bulaq kənarında müxtəlif rəngli bir neçə yumurta qoyaraq niyyət edirdilər. Ertəsi gün yumurtalara baxırdılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa, yaxşı, qara rəngə boyanırdısa, pis əlamət kimi yozurdular.

Aparılan geniş tədqiqatlarda Xıdır Nəbi bayramının Novruz bayramından əvvəl keçirildiyi qeyd olunur. Bayramın keçirilməsi kiçik çilləyə təsadüf edir. Bəzi mənbələrdə həmin bayramın kiçik çillənin qurtarmasına 2-5 gün qalmış, bəzilərində həmin mərasimin kiçik çillənin onuncu günündə, bəzilərində isə böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün ərizində keçirildiyinə təsadüf olunur. 

Görkəmli yazıçımız Əzizə Cəfərzadə isə Xıdır Nəbi mərasiminin kiçik çillənin qurtardığı son üç gündə keçirildiyini göstərir. Başqa bir mənbədə isə Xıdır Nəbi bayramının fevralın 12-dən 20-dək keçirildiyi qeyd olunur. 

Xoşbəxtlik, ruzi, arzuların simvolu olaraq qeyd olunan bayramın kiçik çillənin çıxması münasibətilə keçirilməsi həm də qədim əkinçiliklə sıx bağlıdır. Xalq arasında belə inam vardır ki, əgər Xıdır Nəbi Boz atında gələrkən evlərdə bayram əhvali-ruhiyyəsi görməzsə, küsüb gedirdi. Buna görə də insanlar hələ kiçik çillənin birinci günündən bayram tədarükü görməyə başlayırdılar.

Xıdır Nəbi mərasimi ilə bağlı xalq arasında zaman-zaman folklor mətnləri də yaranmışdır. Həmin mətnlər bu günümüzədək qorunub saxlanılmışdır. Diqqət yetirdikcə bu mətnlərin daha çox çağırış xarakteri daşıdığını görürük:


Xıdır, Xıdır xıd gətir,

Dağ-dərədən od gətir.

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

Xıdıra Xıdır deyəllər,

Xıdıra çıraq qoyallar,

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam...


Xıdır Nəbi bayramı fevralın 10-dan 11-nə keçən gecədən qeyd edilir. Elə həmin andan yazın müjdəçisi olan "Xızır" gecələri başlayır. Deyilənə görə, bu gecə Xızır peyğəmbərin adı ilə bağlıdır və yazın gəlişinin ilk müjdəçisidir. "Xızır Nəbi gecəsi"ni insanlar təmtəraqla, xüsusi mərasimlərlə keçirirlər. Xalqımız bu tarixi ənənəni daim yaşadır və təntənə ilə qeyd edir.  


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!