06 Dekabr 2023 10:55
534
Mədəniyyət
A- A+
Bağdadda ərəb dilində Azərbaycana həsr olunan iki kitabın təqdimatı keçirilib

Bağdadda ərəb dilində Azərbaycana həsr olunan iki kitabın təqdimatı keçirilib

 

Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin təşkilatçılığı ilə Bağdad şəhərində "Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" və "Qarabağ-hərbi və siyasi qələbə" adlı ərəb dilində çap olunan kitabların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri, professor Moataz M. Əbdülhəmidin müəllifi olduğu "Qarabağ münaqişəsinin tarixi" adlı kitabın təqdimatının keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş "Qarabağ-hərbi və siyasi qələbə" adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə etdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən N.Məmmədov münaqişənin tarixi, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qələbə əldə edib.
"Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" kitabı barədə danışan səfir nəşrdə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və qazanılmış şanlı qələbənin müəlliflər tərəfindən ətraflı araşdırıldığını, həmçinin Birinci Qarabağ müharibəsi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, Milli Ordu quruculuğu, Prezident İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətlərinin təhlil edildiyini diqqətə çatdırıb.
Daha sonra "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri, professor Moataz M. Əbdülhəmid ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi, 30 ilə yaxın qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki qanunsuz fəaliyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi barədə geniş məlumat verib.
Əl-Müstənsiriyyə Universitetinin professoru Fatimə Səlumi bu kitabların tələbələrin elmi tədqiqat aparmasında mənbə kimi istifadə ediləcəyini, eyni zamanda kitablardan universitetin kitabxanasına da verilməsinin vacibliyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş qələbənin vacibliyi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də İraqda Azərbaycanın şanlı qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.
Təqdimat mərasimində İraqın Baş nazirinin enerji məsələləri üzrə müşaviri Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və Əl-Müstənsiriyyə universitetlərinin professorları, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media mənsubları iştirak ediblər.
Qeyd edək ki, "Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" kitabının Azərbaycan və türk dillərinə təqdimatı cari ilin iyununda Kərkük şəhərində keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!