20 Mart 2022 01:09
1083
Mədəniyyət
A- A+
Azsaylı xalqlar bahar bayramına yeni rəng qatırlar

Azsaylı xalqlar bahar bayramına yeni rəng qatırlar

 

Respublikamızın hər yerində millətindən asılı olmayaraq insanlar Novruzu həvəslə qeyd edirlər. Multikultural dəyərlərə söykənən ölkəmizdə yaşayan bütün xalqlar el bayramını müxtəlif adətlərlə qarşılayır, lakin onların hamısı Azərbaycan ənənələrindən qidalanırlar. Şimal bölgəsində azsaylı xalqların çoxluğu isə bu bayram adətlərini daha da rəngarəng edir.

Qubanın bahar mənzərəsi çox maraqlıdır. Burada yaşayan 160 minə yaxın əhalinin tərkibində azsaylı xalqların, etnik qrupların nümayəndələri də var. Hazırda Qubada 20 minə yaxın tat və ləzgi, 2 mindən çox mesxeti türkü, 4 mindən çox xınalıqlı, 3500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 minə yaxın yəhudi yaşayır.

Bu azlıqlar burada bir ocaq başına yığışmış mehriban ailəni xatırladır. Qubada Novruz şənliklərinin hərarəti meydanlarda, küçələrdə çatılan bayram tonqallarının istisinə qarışır. Novruzlu Quba bir az da bayram xonçasını xatırladır. Hər kəs bu xonçaya bir rəng qatır. Öz adətinin, mətbəxinin, inanc və sınamasının bir nemətini-naxışını qoyur. Qubada deyərlər ki, bahar özünü yetirincə yeddi dəfə çölün-düzün, bağın-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə... onda heç nə. Demək, sənin bahardan xəbərin də yoxdur. Səməni umacı, halvası çalıb, qapı-qonşuya, qohuma-yada paylamadınsa, bu nə Novruz qarşılamaq oldu?..

Axır çərşənbədə sübhün gözü aralanmamış çay kənarına gedər, axar su üstündən keçər, yuyunarlar. Evdəki bütün qab-qacağı çərşənbə suyu ilə doldurarlar. Həmin sudan saxlayıb, əkin vaxtı bağa-bostana çiləyərlər ki, cari ildə məhsul bol ruzulu olsun. Sonra azar-bezardan, ağırlıqdan xilas olmaq niyyəti ilə evin kişiləri ailə üzvlərinin sayına görə heyva budağı kəsər, qırmızı parçadan kəsib ağaca, dirəyə bənd edərlər ki, qara yaz qonmasın çöhrələrə...

Bayram axşamı az qala hər məhəllədə çalıb-oynayan cavanlar, xoruz döyüşdürən uşaqlar, Keçəl-Kosa cütlüyü də bir ayrı cür rəng qatırlar şənlik iştirakçılarının ovqatına. Nügədi kəndində cavanlar yaxındakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları iri bayram şamlarını ən yüksəkdə yandırmaqda bəhsə girərlər.

Quba mətbəxinin ən ləziz yeməkləri, ən lətif şirniyyatı, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə.

Xınalıqlılar axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Sevgi, sağlamlıq, ruzi, bərəkət, mehribançılıq, sədaqət və övlad rəmzlərini xatırladan bu yeddi rəmz gələcək ailəyə dilənən arzulardır.

Qubanın Qırmızı qəsəbəsində yaşayan yəhudilər də Novruz bayramını eyni coşqu ilə qarşılayırlar. Bayram günü əhalinin böyük hissəsi eşiyə çıxır, bir-birinin yeni gününü təbrik edirlər. Axşam alovlanan tonqallar bu yaraşıqlı qəsəbəni nura bürüyür. Tonqal başına yığışan adamlara şəkərbura, paxlava, qoğal paylanır. Bu tonqalın başında etiqadından asılı olmayaraq hamı yanaşı dayanır. Şənlik tədbirləri gecə yarıdan keçənədək davam edir.

Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi də keçirilir. Bu adətin deyilənə görə, təqribən yarım minillik yaşı var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gəlir, səmənini axar suya buraxır və niyyət edirlər. Niyyət edirlər ki, gələn Novruza arzuları çin olsun.

Şabran rayonunda bu bayramı əsrlərdən qoşalaşıb gələn adətlərlə qeyd edirlər. Burada yaşayan dağlı, ləzgi, mesxeti turkləri, tatlar bayramın keçirilməsinə martın əvvəllərindən başlayırlar. Kiçik çillə qurtaran kimi günaşırı qonşu və qohum ailələr bir yerə yığışar, öncədən çərşənbələrə hazırlıq görərlər. Simsar qohumlar arasında deyişmələr keçirər, bayatı deyib çalıb oynayarlar. Elə birinci çərşənbədə bir adam ayırarlar ki, evbaşı düşüb pul yığsın. Həmən yığılan pula buğda alarlar. Yaşca böyük olan ailələrdən birinin başçısı önə çıxıb həmin buğdanı eyni miqdarda ailələrin sayı qədər hissələrə bölər. Qadınlar evdən gətirdikləri boşqablarda səməni qoyarlar.

Su, Od, Yel və Torpaq çərşənbələrində camaat axşamlar bir yerə yığışar. İnanca görə, səhər oyanan Günəş öncə səməni ilə üzləşər və yerlərə onun yaşıllığı naminə daha isti havasını göndərər. Digər tərəfdən bərəkət rəmzi olan yaşıl ləçəklər evdə, obada, vətən torpağının hər tərəfində dolaşan pis ruhları qovar.

Bayram axşamının əvvəlinci günü siyahı hazırlayarlar. Həmin siyahıda imkansız ailələr, şəhid ailələri, hamilə qadınlar xüsusi olaraq nəzərə alınar. Daha sonrakı yerlərdə həyat yoldaşı səfərdə olanlar, övladları təhsil (ali) alanlar və yeni ailə quranlar yer alar. Kimin imkanı nəyə çatarsa, onu gətirəcəyinə söz verər. Bir də görürsən ki, onlarca ailənin dolanışığı üçün xeyli ərzaq yığılır. Bayramdan bir gün əvvəl hamı gücü çatanı gətirib siyahıda kim nəzərə alınıbsa, ona verər. Orada da hamının “payı”nı səliqə ilə qablaşdırarlar. Hamısının üstünə adlar yazılar, paylayacaq adamlar müəyyənləşər. Onlara bu işdə uşaqlar yaxından kömək edərlər. İlaxır çərşənbədə həmin “pay” siyahı ilə evlərə daşınar.

Tatlar Novruzu üç gün qeyd edir. Belə ki, martın 19-u günü səhər kəndin xanımları bir yerə yığışıb səməni horrasını bişirəni müəyyən edirlər. Bayram axşamı kənd camaatı evlərindəki səməniləri gətirər həmin şəxsin həyətinə. Səliqə ilə onları masanın üstünə düzərlər. Daha sonra səməniləri xüsusi qaydada hazırlanmış toxmacla qabların içində əzirlər. Daha sonra ocaq qalanar. İri qazanlarda qadınlar səməni horrasını bişirməyə başlayar. Döyülüb əzilmiş səməninin suyunu süzüb boşaldırlar həmin qazanlara. Qazan dolandan sonra onu ocağa qoyarlar.

Bişirmə “əməliyyatı” hardasa 12-14 saat çəkir. Bu vaxtın sonunadək bir nəfər əlində taxtadan hazırlanmış oxlovla onu qarışdırır. Dayanmadan bulanan səməninin suyuna yalnız un əlavə olunar. Sonda həmin qarışığı halva halına gətirirlər. 19 mart gecəsi bişməyə başlayan səməni horrası 20-si tezdən hazır olar. Günorta başlayanda kəndin camaatı həmin horra bişən məhəlləyə yığışar. Səməni horrasını paylamamışdan öncə bir kənd ağbirçəyi qazanın kənarına çağırılar. Həmin insan dua etməyə başlayar.

Amin sədaları hər tərəfi bürüyər. Uşaqlar əllərindəki dolu boşqablarla həyətlərə qaçaraq onu ev yiyələrinə verərlər. Sonra yenidən camaat bir yerə yığışar. Əvvəlcədən toplanan ərzaq, geyim çantalarda imkansız ailələrə paylanar. Axşama yaxın musiqi sədaları altında Dədə Qorqud, Keçəl və Kosa başlayırlar meydan sulamağa.

Şimal qapımız olan Qusar və Xaçmazda boz ay başlayandan bahara hazırlıq görülür. Böyüklü-kiçikli odun yığmağa başlayırlar. Hər məhlədə yığdıqları ağacları bir nəfərə tapşırdıqdan sonra öz aralarında Keçəli, Kosanı müəyyənləşdirirlər. Novruza ləzgi dilində “Yaransuvar” (Yeni gün) deyirlər.

Çərşənbə axşamlarından qabaq mis qaba su töküb saxlayırlar. Çərşənbə günlərində həmin su dolu qabı 7 evə aparırlar. Hərə o sudan istədiyi qədər içir. İnanca görə əgər su 7 nəfərə çatarsa, arzularının qərarlaşacağına inanırlar. Həmin 7 nəfər bir yerə yığılar, bir-birini təbrik edər, deyib, gülər, şənlənərlər. Qusarlılar yeyib-içməyi sevərlər. Həmin günlərdə onların evləri qonaqlı-qaralı olar.

Bayram axşamı tonqallar qalanar, millətindən asılı olmayaraq, hamı ocaq başına yığılar.

Qusarda icra edilən adətlərdən biri də Novruz axşamı yeni evə daxil olma, elçilik etmək kimi ənənələr diqqəti cəlb edir. Məhz bayram axşamı doğulan uşaqlara Novruz və Bahar ismini verərlər.

Adət və ənənələr bizə tariximizin bir hissəsinin yadigarıdır. Minillər öncə yaranan adətləri yaşatmaq hər birimizin borcudur. Birlik, bərabərlik, mənəvi dəyərlərə söykənən bahar millətindən asılı olmayaraq oda, suya, yelə və torpağa söykənərək Azərbaycana pənah gətirər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!