21 Fevral 2024 14:01
420
İQTİSADİYYAT
A- A+

"Azərişıq"ın "Asan xidmət"lə İş Departamentinə 2023-cü ildə olan müraciətlərin sayı açıqlanıb

 

"Azərişıq"ın “ASAN xidmət”lə İş Departamenti tərəfindən 2023-cü il üzrə ümumilikdə 323601 müraciət qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun "ASAN xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

İnam Yusifov bildirib ki, müraciətlərin 8314 ədədi elektron şəkildə, 315287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub.

“Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930 müraciət elektron şəkildə qəbul olunub ki, bu da ortalama 49 faiz elektron müraciət deməkdir. Ümumilikdə görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50 faizdən çoxunu təşkil edir”, - deyə direktor müavini əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video