"Azərişıq" ASC Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən yenidənqurma layihəsi çərçivəsində bütün regionlarda olduğu kimi Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisinə daxil olan kəndlərdə də genişmiqyaslı işlər davam etdirilir.
"Azərişıq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz rayonunda artıq 7 kənddə - Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb. Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.
İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti, həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.
Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri müasirləri ilə əvəz olunub.
Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!