19 Mart 2025 15:51
1046
İQTİSADİYYAT
A- A+
“AzerGold”un KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb

“AzerGold”un KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM)

Komitəsinin Göygöl rayonunda növbəti görüşü keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə “AzerGold” QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri iştirak ediblər.

Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir. “AzerGold” QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızıl mədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini, səhmdar cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildən istismar işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.

X.Fərzəliyev “AzerGold” QSC və podratçı şirkətlər tərəfindən ümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyini diqqətə çatdırıb.

Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildə sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı, maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi qeyd olunub.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır  

22:29
16 Aprel

Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir  

21:47
16 Aprel

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələyib

21:31
16 Aprel

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!