04 Dekabr 2024 14:07
512
İQTİSADİYYAT
A- A+
“AzerGold” Qvineya-Bisauda ilkin qiymətləndirilmə işləri aparacaq  

“AzerGold” Qvineya-Bisauda ilkin qiymətləndirilmə işləri aparacaq  

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Zаkir İbrahimov “AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlərdən bəhs edib.

“AzerGold” QSC-nin xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Zakir İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə “AzerGold” QSC-nin təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindən hazırlandığını və müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Tərəflər “AzerGold” QSC-nin innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar. Görüşün davamında “AzerGold” QSC tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindən xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişlər həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır.

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Milyonçular üçün ən yaxşı şəhərlər reytinqində Dubay Nyu-Yorku geridə qoydu  

16:59
07 Noyabr

Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib  

16:58
07 Noyabr

Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb  

16:52
07 Noyabr

Gürcüstan mediasında Azərbaycan Prezidentinin NATO nümayəndə heyəti ilə görüşünə dair xəbərlər yayımlanıb  

16:50
07 Noyabr

Pakistanda Zəfər Günü ilə əlaqədar yürüş keçirilib

16:48
07 Noyabr

DTX-nin Akademiyasında Zəfər Gününə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan respublika elmi-praktik konfransı keçirilib  

16:42
07 Noyabr

Milli Məclisin sədri: Azərbaycan COP30 prezidentliyinin “İcra COP-u” baxışını tam dəstəkləyir  

16:41
07 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı: Əminəm ki, bu gün bütün şəhid qardaşlarımızın ruhu şaddır  

16:38
07 Noyabr

Nazirlik: Pensiya təminatı üzrə illik xərclər 2018-ci illə müqayisədə 2 dəfə artıb  

16:36
07 Noyabr

Metyu Brayza: TRIPP region ölkələrinin bir-biri ilə əlaqəsini təmin edir və sülh prosesini dəstəkləyir 

16:34
07 Noyabr

Noyabrın 30-dək Leonid meteor yağışı olacaq  

16:31
07 Noyabr

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında 

16:26
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında 

16:25
07 Noyabr

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 

16:23
07 Noyabr

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib

16:22
07 Noyabr

DİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

16:19
07 Noyabr

Süni İntellektlə İdarəolunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib  

16:08
07 Noyabr

Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edib  

16:07
07 Noyabr

Baş Prokurorluq: Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində cinayət işi məhkəməyə göndərilib  

16:06
07 Noyabr

Artıq «iPhone»lara zəlzələ bildirişləri gələcək

15:36
07 Noyabr

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub  

15:34
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!