26 Iyul 2024 15:55
109
SİYASƏT
A- A+

Azərbaycanla Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

 

İyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Azərbaycan" qəzetinə bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanla Somali arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində, xüsusilə son illərdə ölkələrimiz arasında təmasların artmasının əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığını diqqətə çatdırıb. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb.

Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu, bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyəti qeyd olunub.

Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Somalinin 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü müddətində beynəlxalq sülh və təhlükəsizlik səylərinin tərəfimizdən dəstəklənəcəyi ifadə olunub. Bununla yanaşı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin təhsil təqaüd proqramlarından Somalinin faydalana biləcəyi diqqətə çatdırılıb.

Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Somali ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizin gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran Ceyhun Bayramov əməkdaşlığın inkişafının prioritetlərimizdən birini təşkil etdiyini, bu istiqamətdə ölkəmizin Afrika İttifaqı Komissiyası ilə münasibətlərin genişləndirilməsi niyyətində olduğunu bildirib.

Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə son inkişaflar, habelə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri və sülh prosesinin qarşısında duran çağırışlar barədə ətraflı məlumatlandırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla xatırlanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatla çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video