20 Yanvar 2025 14:30
490
SİYASƏT
A- A+
Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir


Müxtəlif regionlarda baş verən geosiyasi gərginliklər fonunda Cənubi Qafqazda təhlükəsizlik və sabitlik ön plana çıxıb. 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqlar sülh üçün ümidlər yaratsa da regionu qarışdırmaq istəyən qlobal güclərin destruktiv fəallığı da diqqətdən yayınmır. Belə olan halda region dövlətlərinin  vahid mövqedən çıxış etməsi olduqca vacibdir. Ermənistan özündə iradə tapmasa da Azərbaycan və Gürcüstan bölgənin rihafı naminə fəaliyyəti daha da gücləndirməkdə maraqlıdır. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ölkəninb baş naziri İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi münasibətlərin xüsusi xarakterini göstərdi.

Bakı və Tbilisi bir daha strateji və milli maraqlar, ərazi bütövlüyü və suverenliklə bağlı mövqenin dəyişmədiyini bəyan etdilər. Gürcüstan qlobal gərginliklər fonunda hər bir çağırışla bağlı Azərbaycanla birlikdə çalışmağa hazırdır. Azərbaycan hər zaman Gürcüstanın yanında olub və dəstək nümayiş etdirib.

“Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, həm də bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk” deyən Kobaxidze Azərbaycan Prezdientini regionun lideri olaraq nümunə kimi qiymətləndirdi.

Uğurlu regional əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr həm böllgədə, həm də daha geniş coğrafiyada iqtisadi inkişafın yüksəldilməsinə töhfə verir. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir.

Bakıda müzakirə olunan məsələlər, səslənən bəyanatlardan da aydın oldu ki, hər iki ölkə siyasi tərəfdaşlıq başda olmaqla bütün sahələr üzrə əlaqələri bundan sonra da dərinləşdirmək niyyətindədir.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əsas qarantı kimi nümunə göstərir. Ermənistan da bu münasibətlərdən örnək götürməli, inkişaf və təhlükəsizlik çətirini başqa qitələrdə deyil, bu regionda axtarmalıdır.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!