17 İyun 2025 20:52
531
SİYASƏT
A- A+
Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu sahədə parlamentlərarası dostluq qruplarının birgə fəaliyyəti mühüm rol oynayır.

Söhbət zamanı parlament komitələri arasında münasibətlərin inkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.

Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.

O, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Veliko-Tarnovo şəhərinin Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı o, regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!