03 Noyabr 2024 08:55
657
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik


Hər ikisi turizmin inkişafı üçün əvəzsiz şərtdir


Bu gün dünyada turizm sənayesi yaxşı formalaşmış mexanizm və iqtisadiyyatın yüksək gəlirli sahələrindən biridir. Turizmə iqtisadiyyatı stimullaşdıran, əhalinin rifahını artıran, həyat keyfiyyətinə və səviyyəsinə təsir göstərən sahə kimi baxılır. Ona görə də turizm bazarında hər regionun müsbət imicinin yaradılması xüsusi aktuallıq  kəsb edir.

Bu mənada mədəni turizmin nə qədər əhəmiyyətli olduğunu vurğulaya bilərik. Mədəni əlaqələr, tolerantlıq, dünya mədəni irsinin təbliği,  yeni mədəni-tarixi marşrutların yaradılması mədəni turizmin uzunmüddətli olmasında böyük rol oynayır. Bu turizm növünün əsas məqsədi ölkənin memarlığını, rəssamlığını, musiqisini, teatrını, folklorunu, ənənələrini, adətlərini, insanların həyat tərzi və üslubunu özündə ehtiva edən mədəniyyət və tarixlə tanışlıqdır. Əslində, mədəni irs olmadan mədəni turizmin inkişafından söz açmaq doğru deyil. Onu da deyək ki, kökündə mədəni irsin dayandığı və gündən-günə yayılan  mədəni turizm həm  "yumşaq güc"ün ən effektiv alətlərindən biri, həm də turizm iqtisadiyyatının sütunlarındandır.

Məlumdur ki, dünyada iki cür güc var: "sərt" və "yumşaq güc". "Yumşaq güc" mədəniyyət, dəyərlər və ideyalarla yola gətirmək qabiliyyətidir, "sərt güc" isə hərbi qüvvə vasitəsilə fəth etmək və ya məcbur etməkdir. Bu mənada "yumşaq güc"ün əsas xüsusiyyəti sivil fəaliyyətdir. Azərbaycanın "yumşaq güc"ə dayanan tolerant və multikultural siyasət strategiyası son 30 ildə artan inkişaf tempi ilə özünü göstərir. 

Ölkəmizdə mədəni turizm üçün potensial yetəri qədərdir. Bu turizmi ehtiva edən Qız qalası, Çıraqqala, İçərişəhər, Şirvanşahlar sarayı,  Qobustan qayalıqları, Xudavəng monastrı, Xudafərin körpüsü, Möminə-Xatun türbəsi, Şəki Xan Sarayı,  Gəncəsar monastırı,  Atəşgah, Heydər Əliyev Mərkəzi, "Alov qüllələri", Xalça muzeyi, Baku  Crystal Hall həm tarixi əks etdirən, həm də müasir üslubu ilə ecazkar memarlıq nümunələri kimi diqqət çəkir. Muzeylər, genetik kodumuzu əks etdirən milli muğamımız, multikulturalizm və tolerantlığı özündə daşıyan məkanlar, alman və yəhudilərin bir vaxtlar məskunlaşdığı, eləcə də azsaylı xalqların yaşadığı bölgələr mədəni turizmimizin əsasını təşkil edir. Qeyd edək ki,  sadalananlardan əksəriyyəti UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınıb. 

Bu da faktdır ki, Azərbaycanın mədəniyyət potensialının çox hissəsi Bakıda cəmləşib. Bununla belə bölgələrdə də diqqətçəkən, hər bir turistin marağına səbəb ola biləcək yerlər çoxdur. Gəncə, Şəki, Qəbələ, Naxçıvan və Qarabağ bölgəsi bu mənada fərqlənir və o üzdən turistlərin ən çox ziyarət etdikləri bölgələrdir. 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun mədəni turizm üçün potensialının olduğunu da qeyd etməliyik. Şuşa Qafqazın konservatoriyası olduğu üçün burada mədəni turizmin cazibəsi güclüdür. Ötən 4 ildə Şuşada ard-arda keçirilən beynəlxalq "Xarıbülbül" Musiqi festivalları, TDT-nin Zirvə görüşləri və bu qəbildən olan digər tədbirlərin keçirilməsi  gələcəkdə bölgənin turizm üçün destinasiyaya çevrilməsində  mühüm rol oynayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün Şuşa və ətraf rayonlar beynəlxalq arenada daha çox tanınan yerlərdəndir. İllərlə münaqişə zonası olan bölgədən bu gün "yumşaq güc" aləti kimi istifadə etmək fürsətini əldən vermək olmaz. Bunun üçün xaricdən ən məşhur rejissor və aktyor heyətini dəvət edib savaşla bağlı keyfiyyətli bir film çəkib dünyaya nümayiş   etdirmək yetər ki, mədəni turizmin sürətli inkişafına və turistlərin artımına nail olunsun.

Azərbaycanın  böyük İpək yolu üzərində yerləşməsi də mədəni turizmə təkan verən amillərdəndir. 2016-cı ildə ölkəmizə daha çox turist cəlb etmək üçün beynəlxalq standartlara cavab verən  "Aleksandr Düma Qafqazda", "Şərab, mədəniyyət və turizm mübadiləsi",  "Azərbaycanda alman izləri". "Azərbaycanda polyak isləri", "Naxçıvanda Nuhun gəmisi" kimi mədəni turizm marşrutlarının tədqiqinə başlanıldı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə irəli sürülən  "Aleksandr Düma Qafqazda" beynəlxalq mədəni turizm marşrutu Azərbaycan, Gürcüstan və Dağıstanda turizmin inkişafına yönəldilmişdi. "Şərab, mədəniyyət və turizm mübadiləsi" turizm marşrutu isə Bakı-Şamaxı-İsmayıllı-Şəki-Gəncə-Tovuz şəhər və rayonlarını əhatə edirdi. Bakı, İsmayıllı, Gəncə və Tovuzda yerləşən şərab zavodlarında konyak və şərabın satış mağazaları, həmçinin ziyarətçilər üçün dequstasiya zalları da yaradılmışdı. Nə yazıq ki bu pilot layihə pandemiyadan sonrakı dövrdə arzuolunan səviyyədə icra olunmur.

Müşahidələr göstərir ki, əgər turistlər tarixi və mədəniyyətinə görə seçilən  ölkələrdən gəlirlərsə, deməli, onlar Azərbaycanı, əsasən, mədəni turizmə görə seçirlər. Bu baxımdan Azərbaycana səfər edənlərin 50 faizindən çoxunun, əsasən, Avropadan olmaları təsadüfi deyil. Amma, məsələn, ərəbləri götürsək,  onlar ölkəmizə əsasən istirahət və ekoloji turizm üçün gəlirlər. Ruslar üçün isə əsas şərt restoran şəbəkəsinin  keyfiyyətidir. 

Bir sözlə, "yumşaq güc" ölkənin tanınmasının ən doğru üsullarındandır. Yaxşı idarə edildiyi halda mədəni turizm tükənmir. Yeri gəlmişkən, 1977-ci ildə kosmosa Yer haqqında təsəvvür üçün göndərilən qızıl valda yer alan 27 musiqi parçasından biri Kamil Cəlilovun balabanda ifa etdiyi "Muğam" kompoziyasıdır. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti isə dünyada arealına görə ən çox yayılan baletlərdəndir. Böyük fransız yazıçısı Alekandr Düma (ata) Azərbaycanda,  paytaxt Bakıda, eləcə də həmin vaxt Nuxa adlandırılan Şəkidə, böyük şairlərin vətəni Şamaxıda  olmuş, Atəşgah məbədini ziyarət etmiş və öz təəssüratları haqqında maraqlı bir xatirə yazmışdır. Bu sadalananlar mədəniyyətimizlə bağlı sadəcə bir neçə faktdır və bunları qeyd etməkdə məqsədimiz onu ifadə etməkdir ki, əslində, bütün bunlara malik olan xalq çox rahatlıqla "yumşaq güc"dən istifadə edib dünya mədəni turizmində irəli çıxa bilər. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

14:47
12 Dekabr

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

14:45
12 Dekabr

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

14:45
12 Dekabr

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı indiyədək üç minə yaxın şəxsin namizədliyi irəli sürülüb

14:44
12 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

14:44
12 Dekabr

Ombudsman Aparatının əməkdaşları Ümummilli Liderin xatirəsini anıblar

14:43
12 Dekabr

Komitə sədri: Hazırda 16 baş plan üzərində iş gedir

14:41
12 Dekabr

Ümummilli Liderin İstanbulda ucaldılmış abidəsi ziyarət olunub

14:41
12 Dekabr

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub

14:39
12 Dekabr

Avropa şirkətləri Donald Trampın andiçmə mərasimi ərəfəsində ABŞ-dakı ehtiyatlarını artırır

14:38
12 Dekabr

İŞİD Əfqanıstanda qaçqınlar nazirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

14:37
12 Dekabr

“Amerikanın səsi”nə keçmiş teleaparıcı rəhbərlik edəcək

14:19
12 Dekabr

İŞİD Əfqanıstanda qaçqınlar nazirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

14:01
12 Dekabr

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub  

13:36
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!