11 Oktyabr 2023 15:37
512
İQTİSADİYYAT
A- A+
Azərbaycanın vergi qanunvericiliyi və inzibatçılığının İƏİT standartına uyğunluğu təsdiq edilib

Azərbaycanın vergi qanunvericiliyi və inzibatçılığının İƏİT standartına uyğunluğu təsdiq edilib

 

Azərbaycan Respublikası 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Saziş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən hazırlanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsinin “Transfer qiymətləri üzrə sənədləşmə və ölkələrarası hesabatlılığı” fəaliyyətinin təmin edilməsini nəzərdə tutur. Bu sazişə qoşulmaqla ölkəmiz müvafiq sahədə beynəlxalq mübadiləni təmin etmək məqsədi güdür.

AZƏRTAC-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, BEPS-in minimum standartı – 13-cü fəaliyyəti “minimum standart” hesab edilməklə yanaşı, transfer qiymətləri ilə bağlı sənədləşmələrin bütün iştirakçı dövlətlərin vergi orqanları tərəfindən vahid formatda aparılması və bu məlumatların ölkələrarası hesabatlar vasitəsilə avtomatik qaydada mübadiləsini tənzimləyən çərçivə sənəd hesab edilir. Ölkələrarası hesabat vergi orqanlarının transmilli şirkətlər qruplarının fəaliyyətləri və yaranan vergi nəticələri haqqında məlumatların əldə olunmasını və transfer qiymətləri ilə əlaqədar riskləri müəyyənləşdirmək funksiyasını daşıyır.

İƏİT tərəfindən təşkilata üzv olmayan ölkələrin BEPS layihəsində iştirakını təmin etmək məqsədilə “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi üzrə İnklüziv Çərçivə” yaradılıb. Bu Çərçivəyə qoşulmuş ölkələrin layihə üzrə əməletmə səviyyəsi müvafiq sorğular, özünüqiymətləndirmə anketləri və ekspert qrupunun yoxlamaları (“peer review”) vasitəsilə dəyərləndirilir. Ekspert qrupunun qiymətləndirməsi zamanı qanunvericiliyin BEPS layihəsinə uyğunluğu və onun tətbiqi prosesləri nəzərdən keçirilir.

Ölkəmizin beynəlxalq təşkilat tərəfindən qiymətləndirilməsi nəticəsində yüksək reytinqin əldə edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədaxili qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi ilə bağlı ekspertlərlə çoxsaylı görüşlər baş tutub, müxtəlif sorğular və anketlər cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar və izahlar verilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı layihələr hazırlanaraq icrası təmin olunub.

Bu günlərdə İƏİT tərəfindən BEPS-in minimum standartı - 13-cü fəaliyyətin icrası istiqamətində “Ölkələrarası hesabatların mübadiləsi” ilə bağlı Azərbaycan Respublikası üzrə qiymətləndirmə prosesi başa çatıb. İƏİT tərəfindən dərc edilmiş hesabatda ölkəmizin daxili qanunvericiliyi və inzibatçılığının standarta uyğunluğu təsdiq edilib və standartın tətbiqi yüksək qiymətləndirilib. Bununla da 138 yurisdiksiya üzrə aparılmış qiymətləndirmə zamanı Azərbaycan Respublikası qiymətləndirmə prosesində iştirak edən MDB ölkələri arasında heç bir tövsiyə almayan yeganə dövlət olub və Almaniya, Çin, Yaponiya, Birləşmiş Krallıq, Kanada və s. kimi inkişaf etmiş ölkələrlə eyni səviyyədə qiymətləndirilib.

Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizə əlverişli investisiya mühitinin, vergi və maliyyə sektorunda şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzunun daha da artırılması və məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınması kimi bir sıra üstünlüklər qazandıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!