23 İyun 2025 23:02
464
SİYASƏT
A- A+
Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib  

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib  


İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin məskunlaşdırıldığını təsdiqləyib.

AZƏRTAC xəbər ki, o, Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

A.Harutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 30-da davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı davam edir YENİLƏNİB

18:46
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

Göygöldə vətəndaşların müraciətləri dinlənilib

16:11
18 İyul

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb  

16:09
18 İyul

ICESCO-nun regional ofisində ilk seminar keçirilib 

16:07
18 İyul

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətini dinləyib  

14:49
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!