27 Sentyabr 2025 09:40
679
İQTİSADİYYAT
A- A+
Azərbaycanın turizm potensialı yüksəlir

Azərbaycanın turizm potensialı yüksəlir


Qarabağ və Şərqi Zəngəzur xarici turistlərin ən çox ziyarət etdikləri məkanlardan biri  olacaq


Yerləşdiyi coğrafi şərait, zəngin təbiəti, tarixi abidələri və mədəni irsi ilə Azərbaycan yüksək  turizm potensialına malik ölkədir. Paytaxt Bakı ilə yanaşı, bölgələrimiz həm yerli, həm də xarici turistlərin diqqətini çəkir. 2020-ci ildən sonra isə turizm məkanlarına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da qatılıb. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş rayonlarda görülən yenidənqurma və bərpa işləri sayəsində hər bir şəhər və kənd öz irsini, mədəniyyətini geri qaytarır. 

Qarabağ bölgəsi turizm baxımından geniş imkanlara malikdir. Burada turizmin istənilən növünün yaradılması və inkişafı mümkündür. Elə bu baxımdan Şuşa, Laçın, Xankəndi, Kəlbəcərə təşkil olunan turlar hər kəsin diqqətini cəlb edir. Yerləşdikləri təbii coğrafi şərait bu rayonlarda həm qış, həm də yay turizminin inkişafına imkan verir. Bununla yanaşı, bu ərazilərdə əyləncə, ekoturizm, idman, dağ turizmi, mədəni, sağlamlıq, kənd və s. turizm növlərinin yaradılması mümkündür. 

Dağlar qoynunda yerləşən Şuşa tarixi mədəni abidələri ilə turistlərin diqqətini çəkən əsas turizm məkanlarından biridir.  Burada turizm üçün yaradılan imkanlar - tikilən hotellər, restoranlar, digər iaşə obyektləri, ən əsası isə Zəfər yolu son bir neçə ildə Şuşanı Azərbaycanın əsas turizm destinasiyalarından birinə çevirib. Eyni zamanda burada keçirilən qlobal əhəmiyyətli tədbirlər də Şuşanı daha çox tanıdıb. 

Turizmin inkişafı üçün əsas faktorlardan biri infrastruktur, yol, nəqliyyatın əlçatanlığıdır. Bu baxımdan işğaldan azad olunmuş rayonlara çəkilən yollar gediş-gəlişi asanlaşdırmaqla, daha çox turistin əraziyə maraq göstərməsinə səbəb olur. 

Xatırladaq ki, beş il ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Laçında üç hava limanı istifadəyə verilib ki, bu da turizmin əsas komponentlərindən biridir. Belə ki, bu aeroportlar Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olmaqla xarici turistləri ölkəmizə cəlb edir. 

Şuşa ilə yanaşı, Laçında, Kəlbəcərdə, Xankəndidə, Zəngilanda da mehmanxanalar fəaliyyət göstərir. Kəlbəcərdə İstisu sanatoriyası yaradılmaqdadır. Sağlamlıq turizmi bu gün dünyada ən çox inkişaf edən, turistləri cəlb edən turizm növlərindən biridir. Bu baxımdan Kəlbəcərin gələcəkdə əsas turizm məkanlarından biri olacağı şübhəsizdir. Dağlar qoynunda yerləşən Kəlbəcərin təbiəti qış turizminin inkişafına da imkan verəcək.

Azərbaycanın sosial-iqtisadi inkişafına dair  beş milli prioritetlərindən biri də işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışdır. Hazırda bu istiqamətdə işlər görülür və keçmiş məcburi köçkünlər mərhələli şəkildə əzəli torpaqlarına qayıdırlar. Böyük qayıdış Qarabağ və Şərqi Zəngəzurda həyatı canlandırmaqla, həmin rayonların ölkə iqtisadiyyatına reinteqtasiyasını təmin edir ki, bu da turizmin inkişafı baxımından mühüm faktordur.


Şərqi Zəngəzurda turizm və rekreasiya zonasının yaradılması üzrə işlər davam edir


Dövlət Turizm Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Ortamüddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan etmək və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyənləşdirilib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın XII məqsədi üzrə "Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq"dır. Qeyd edilən məqsəd üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. İşğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.  

Agentlik tərəfindən Kəlbəcər Turizm İnkişaf Konsepsiyası və Xocavənd Turizm İnkişaf Konsepsiyası hazırlanıb. Hazırda Laçın Turizm İnkişaf Konsepsiyası üzərində iş gedir. Laçın rayonunun Zabuxçay su anbarının ətraf ərazisində, eləcə də  Tərtər çayının üzərində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən ilkin konseptual layihə sənədləri hazırlanıb. Şərqi Zəngəzur iqtisadi rayonunda Turizm və rekreasiya zonasının (TRZ) yaradılması üzrə işlər davam etdirilir. 

Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixli Tərtər rayonuna səfəri çərçivəsində Suqovuşan qəsəbəsində istirahət parkının açılışı baş tutub. Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Tuğ kəndi, Ağdamda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması üzrə layihələr isə davam etdirilir.  

DTA-dan o da bildirilib ki, ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı ilə bağlı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır.


Yaxın gələcəkdə Qarabağa turist axını gözlənilir


Turizmin Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini deyən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bildirib ki, bu, ölkəyə valyuta axınını təmin edən sahələrdən biridir. Eyni zamanda yeni iş yerlərinin açılmasına imkan verir. "Ölkə başçısının xüsusi diqqəti nəticəsində Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır və bu istiqamətdə bir çox işlər görülür. Dövlətimiz tərəfindən əlverişli infrastrukturun qurulması daim nəzarətdədir. Azərbaycanda bir çox tanınmış 5 ulduzlu hotellər fəaliyyət göstərir. Bu da onu göstərir ki Azərbaycanda dayanıqlı turizm və böyük perspektivlər var", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə də turizmlə bağlı bir çox işlər görülür. Qısa zamanda üç beynəlxalq hava limanının inşası başa çatdırılıb və istifadəyə verilib. Bu yaxınlarda Bakı-Ağdam-Bakı istiqamətində dəmir yolu fəaliyyətə başlayıb. Burada dövlət başçısının birbaşa tapşırığı ilə infrastruktur tam olaraq bərpa olunur.

G.Qəhrəmanov deyib ki, Qarabağ bölgəsinin böyük turizm potensialı var: "Burada həm qış, həm də yay turizm imkanları mövcuddur. Eyni zamanda sağlamlıq turizmi üçün də şərait var. Bu bölgədə infrastrukturun qurulması ilə yanaşı, turizm imkanları nəzərə alınaraq paralel olaraq işlər həyata keçirilir. Bu, o deməkdir ki, yaxın gələcəkdə bu bölgəyə turist axını gözlənilir".


Qarabağ və Şərqi Zəngəzurda turizmin müxtəlif növləri inkişaf edə bilər


Turizm üzrə ekspert Ceyhun Aşurov qəzetimizə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı məsələsi hər zaman aktualdır. Artıq bu istiqamətdə infrastruktur işləri görülür və turizmin müxtəlif növlərinin inkişafı gözlənilir: "Bunun üçün bir sıra səbəblər var. Birincisi, həmin ərazilərdə təhlükəsizlik baxımından minatəmizləmə işləri görülür, tikinti işləri aparılır, eyni zamanda həmin torpaqlarda məskunlaşma həyata keçirilir. Buna paralel olaraq bu ərazilərə turistlərin gəlişi artacaq". 

C.Aşurov Qarabağ və Şərqi Zəngəzurda üç beynəlxalq hava limanının inşa olunduğunu xatırladaraq deyib ki, gələcəkdə bu hava limanlarından turistlərin səmərəli istifadə etməsi labüddür. 

Ekspert işğaldan azad olunmuş ərazilərdə yaradıla biləcək turizm növlərindən də danışıb: "Qarabağ və Şərqi Zəngəzur zəngin təbiətə malikdir.  Təbiətinə görə də bu ərazilərdə ekoturizm inkişaf edə bilər. Bundan başqa, tarixi, qış turizmi, sağlamlıq və kənd turizmi, demək olar ki, turizmin bütün növlərinin inkişafı mümkündür. Hazırda həmin ərazilərdə tədbirlərin keçirilməsi gələcəkdə burada bu növ turizmin də inkişafına təkan verəcək".

Deyilənlər də göstərir ki, işğaldan azad olunmuş hər bir şəhər və kənddə turizmin hər bir növünün yaradılması üçün potensial var. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulub, bərpa edildikcə ərazilərdə turizm imkanları da nəzərə alınaraq bu istiqamətdə də dövlət tərəfindən davamlı işlər görülür. Əminliklə demək olar ki, gün gələcək bu yerlər ən gözəl rekreasiya məkanlarından biri olaraq sorağı dünyaya yayılacaq. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur xarici turistlərin səfər etdiyi bölgəyə çevriləcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!