03 Oktyabr 2026 15:30
1103
SİYASƏT
A- A+
Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  

Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  


3 oktyabr 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, həm də mühüm və yaddaqalan hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. 1993-cü ilin may-iyun aylarında siyasi böhran daha da dərinləşmiş, ölkədə sabitliyin qorunması və dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Həmin dövr vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu mürəkkəb bir mərhələ idi.

1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Həmin gün ölkədə keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi proseslərə qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklərin əsasını qoydu. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin yeni əsaslar üzərində qurulması baxımından mühüm mərhələ hesab olunur.

1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-dən etibarən isə o, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bu mərhələ sonrakı siyasi proseslərin və dövlət quruculuğu istiqamətində həyata keçiriləcək tədbirlərin mühüm başlanğıcı oldu.

1993-cü il oktyabr ayının 3-də Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən ümumxalq səsverməsinin nəticələrinə əsasən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə, onun ölkənin ali dövlət vəzifəsinə seçilməsi hüquqi-siyasi baxımdan rəsmiləşdi. Bu seçki həm də Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanması idi. Həmin dövrdən etibarən müstəqil dövlət quruculuğu, dövlət təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyünün müdafiəsi, iqtisadiyyatın bərpası, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünya birliyinə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyevin prezidentliyi dövrünün əsas istiqamətlərindən biri dövlət idarəçiliyinin və dövlət institutlarının möhkəmləndirilməsi idi. 1993-cü ildən sonra ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, hüquq və qanunçuluğun möhkəmləndirilməsi, dövlət strukturunun qorunması və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atıldı, qanunçuluğun və hüquqi qaydaların möhkəmləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilməyə başladı.

1993-cü ildən sonrakı mərhələ həm də Azərbaycanın müstəqil dövlət kimi institusional inkişafının sürətləndiyi bir dövr olmuşdur. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi və ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi bu mərhələnin mühüm xüsusiyyətləri sırasında idi.

1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatı ciddi problemlərlə qarşılaşmışdı. Müstəqilliyin ilk illərinin mürəkkəb siyasi və iqtisadi şəraitində dövlətin qarşısında iqtisadi sabitliyin təmin edilməsi və gələcək inkişaf üçün möhkəm baza yaradılması vəzifəsi dayanırdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın təbii resurslarından səmərəli istifadə etməklə, ölkənin iqtisadi potensialının artırılması və xarici investisiyaların cəlb edilməsi idi. Sonrakı illərdə həyata keçirilən enerji strategiyası Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynadı. Bu siyasətin əsas elementlərindən biri Azərbaycanın dünya iqtisadi sisteminə daha sıx inteqrasiyasının təmin edilməsi idi.

1993-cü ildən etibarən Azərbaycanın xarici siyasətində də yeni mərhələ başladı. Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müxtəlif dövlətlərlə diplomatik və siyasi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın milli maraqlarının beynəlxalq təşkilatlarda müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən oldu.

Həmçinin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyanın dövlət strategiyasının əsas istiqamətlərindən biri idi. Bu dövrdə Azərbaycan özünün müstəqil xarici siyasət kursunu formalaşdırmağa və beynəlxalq münasibətlər sistemində dövlət kimi mövqeyini möhkəmləndirməyə başladı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi bu prosesin mühüm mərhələlərindən biri oldu. Konstitusiya müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirərək dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini təsbit etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasında milli birlik xüsusi yer tuturdu. Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması, milli dəyərlərin dövlət siyasətində əks etdirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi bu istiqamətin mühüm elementləri idi. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideyası Azərbaycanın müasir milli dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri idi. 

3 oktyabr 1993-cü il tarixi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı kimi yadda qalmışdır. Bu tarixdən sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunun sürətləndirilməsi, iqtisadiyyatın bərpası və inkişafı, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli birlik və azərbaycançılıq ideyasının möhkəmləndirilməsi ölkənin qarşısında duran prioritet məsələlər idi. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi kimi mühüm məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.

Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

Beləliklə, Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. 


Pərvanə VƏLİYİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik  

16:05
15 Oktyabr

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

16:02
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!