18 Noyabr 2025 16:22
409
SİYASƏT
A- A+
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması: Tarixi bağlar, logistika perspektivləri və yeni regional format 

Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması: Tarixi bağlar, logistika perspektivləri və yeni regional format 


Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi haqqında qərar təkcə aktual siyasi dinamikanı deyil, həm də əsrlər boyu region ölkələrini birləşdirən dərin tarixi, mədəni və iqtisadi əlaqələri əks etdirir. Bu addımın açdığı perspektivlər, onun iqtisadi-ticari əməkdaşlığa, logistika marşrutlarının inkişafına və mədəni qarşılıqlı fəaliyyətin dərinləşməsinə təsiri barədə AZƏRTAC qazaxıstanlı politoloq Aman Mambetali ilə söhbət edib.


- Azərbaycanın Məşvərət Görüşünə bərabərhüquqlu üzv qismində qəbul edilməsi barədə qərarı necə qiymətləndirirsiniz və ölkələrimizin tarixi yaxınlığı bu addımı nə dərəcədə qanunauyğun edir?

- Azərbaycanın bizim regionla, yəni Mərkəzi Asiya ilə çox dərin tarixi bağları var. Əsrlər əvvələ nəzər saldıqda, çoxlu tarixi paralellər görmək mümkündür. Uzun müddət ərzində Azərbaycan türk mədəniyyətinin ayrılmaz hissəsi və Qafqazdakı əsas mərkəzi olub. XX əsrin əvvəllərində Mərkəzi Asiya liderləri – alaşordalılar və digərləri üçün Azərbaycan mədəniyyət nümayəndələri və siyasi elitası mənəvi baxımdan yaxın idi və fəal əlaqə saxlayırdılar. Daha da geriyə baxsaq, orta əsrlərə nəzər salanda, Qazax xanlığının da Azərbaycan dövlətləri ilə sabit münasibətləri mövcud idi.

Bütün bunlar sübut edir ki, Azərbaycan öz tarixi boyu Türk dünyasının, o cümlədən Mərkəzi Asiyanın mədəni məkanının ayrılmaz hissəsi olub. Buna görə də Azərbaycanın Məşvərət Görüşünə bərabərhüquqlu iştirakçı kimi qəbul edilməsi tamamilə məntiqli əsaslara söykənir və fikrimcə, bu formata daxil edilməsi tamamilə qanunauyğundur. Bu, əslində, qaçılmazdır, çünki dövlətlərimizin inteqrasiya prosesləri yalnız güclənir.

– Azərbaycanın bu formata qoşulması Mərkəzi Asiya ölkələri üçün hansı iqtisadi və logistika imkanlarını açır?

– Əslində, imkanlar olduqca genişdir. Ticarət münasibətlərimizə nəzər salsaq görərik ki, onlar çox dinamik şəkildə inkişaf edir. Həm Azərbaycan, həm Qazaxıstan, həm də bütövlükdə region üçün daha da artım potensialı yüksəkdir. İqtisadi əlaqələrimiz daha genişmiqyaslı və səmərəli ola bilər. Əməkdaşlığın genişlənməsi prosesi artıq gedir və getdikcə güclənir.

Bunu rəqəmlər də göstərir, tendensiya müsbətdir, baxmayaraq ki, göstəricilər hələ kifayət qədər yüksək deyil. Bu isə yalnız potensialın nə qədər böyük olduğunu və bu istiqamətlərin inkişaf etdirilməsinin nə qədər vacib olduğunu vurğulayır.

Azərbaycan üçün bu, şübhəsiz, türk qardaş dövlətləri ilə tarixi və mədəni körpü statusunun qorunması deməkdir. Bizim üçün isə Qafqaza və daha geniş bir regiona çıxış deməkdir. Azərbaycan ölkələrimiz üçün Qafqaza açılan əsas lider ölkə və qapıdır. Bütün logistika marşrutlarımız və imkanlarımız yalnız onun vasitəsilə həyata keçirilə bilər.

Bütün bunlar sabit bir türk kəməri konsepsiyasını daha da gücləndirir. Müasir geosiyasi sarsıntılar və ənənəvi logistika marşrutlarının pozulduğu şəraitdə formalaşmaqda olan, Çin sərhədlərindən başlayıb Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə Türkiyənin limanlarına uzanan türk dəhlizi həqiqətən də böyük, dayanıqlı və strateji əhəmiyyətli bir kəmər yaradır.

– Azərbaycanın iştirakı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafını necə gücləndirə bilər?

– Şübhəsiz, Azərbaycanın iştirakı beynəlxalq nəqliyyat marşrutlarının inkişafı kontekstində regionun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Mən də məhz bunu demək istəyirəm ki, bu gün faktiki olaraq bu, yeganə sabit logistika dəhlizidir.

– Sizcə, Azərbaycanın formata daxil edilməsi haqqında qərar xalqlarımız arasında mövcud tarixi, mədəni və dil birliyini necə əks etdirir?

– Tarixi, mədəni və dil bağlarına gəldikdə, zənnimcə, burada əlavə sübuta ehtiyac yoxdur. Dediyim kimi, bu bağlar əsrlər boyu mövcuddur. Yalnız XX əsrdə, türk dövlətlərinin yaşadığı müəyyən sarsıntılar dövründə bu proses zəifləmişdi. Bu gün isə o, yenidən fəal şəkildə bərpa olunur və bu, açıq-aydın görünür. Belə ki, vətəndaşlarımızın çoxu Azərbaycanı ziyarət edir, mən də ölkəmizdə tez-tez azərbaycanlı vətəndaşlara rast gəlirəm. Bu, əlbəttə, sevindiricidir. Qarşılıqlı yaxınlaşma yalnız güclənir və bunun üçün tarixi zəmin çoxdan mövcuddur.

Dillər arasındakı fərqlər minimaldır. Mən Azərbaycanda olarkən artıq üçüncü-dördüncü gündə Azərbaycan xəbərlərini başa düşməyə başlamışdım, çünki türk dilləri bir-birlərinə son dərəcə yaxındır. Üstəlik, mentalitet də çox oxşardır. Biz regionu yenidən kəşf edirik və əminəm ki, azərbaycanlı vətəndaşlar üçün də bu, çox müsbət təcrübə olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!