17 Sentyabr 2024 15:42
272
İQTİSADİYYAT
A- A+
Azərbaycanın kənd təsərrüfatı naziri “Böyük iyirmilik” ölkələri nazirlərinin toplantısında iştirak edib

Azərbaycanın kənd təsərrüfatı naziri “Böyük iyirmilik” ölkələri nazirlərinin toplantısında iştirak edib


Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı keçirilib. Tədbirdə 23 ölkədən kənd təsərrüfatı naziri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Toplantıya müxtəlif ölkələrin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər də qatılıb.

Braziliyanın ilk dəfə ev sahibliyi etdiyi tədbirin əsas məqsədi dayanıqlı kənd təsərrüfatının qurulması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclıqla mübarizə tədbirlərini müzakirə etməkdir.

Tədbirdə çıxış edən Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro bildirib ki, qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. O qeyd edib ki, aqrar sahədə istehsalın artırılması və aclıqla effektiv mübarizə tədbirləri qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

Çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bütün dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaratdığını deyib. Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçirilən layihələrin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynadığını deyən nazir Məcnun Məmmədov əlavə edib ki, bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər.

Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Nazirlər Toplantısında əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması yolu ilə ərzaq və qida təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunulub.

İki gün davam edən tədbirin sonunda G20 ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Bəyannaməsi qəbul olunub. Bəyannamədə dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması, aqrar sahədə ailə-kəndli təsərrüfatlarının rolunun gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsinə dəstək, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi, aclıq və yoxsulluğa qarşı mübarizə tədbirləri ilə bağlı çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib

19:11
17 Sentyabr

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb istifadəyə verilib

18:41
17 Sentyabr

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

18:39
17 Sentyabr

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

17:56
17 Sentyabr

Baş nazir İrakli Kobaxidze: Qərb bizi şantaj edir

17:44
17 Sentyabr

EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub

17:43
17 Sentyabr

İkiqat olimpiya çempionu 92 yaşında dünyasını dəyişib   

17:41
17 Sentyabr

Eliz Stefanik: Uca Tanrı ikinci dəfə Trampı xilas edib  

17:37
17 Sentyabr

"Tesla"nın elektrikli qatarı təqdim ediləcək

17:35
17 Sentyabr

Almaniyanın yeni kansleri kim olacaq?

17:32
17 Sentyabr

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edib

17:31
17 Sentyabr

XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

17:07
17 Sentyabr

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

17:07
17 Sentyabr

Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 

17:04
17 Sentyabr

Azərbaycan İraqa qızıl ixracını artıra bilər

17:00
17 Sentyabr

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

16:52
17 Sentyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

16:49
17 Sentyabr

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

16:48
17 Sentyabr

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq

16:45
17 Sentyabr

XİN Azərbaycan vətəndaşlarının Şengen vizası ilə bağlı üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

16:41
17 Sentyabr

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!