02 Sentyabr 2026 17:35
821
SİYASƏT
A- A+
Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir 

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları genişlənir 


Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın fəal və çoxşaxəli xarici siyasətinin növbəti mühüm göstəricisidir. Bişkekdə keçirilən yüksəksəviyyəli tədbirlər və aparılan ikitərəfli görüşlər Azərbaycanın həm regional proseslərin iştirakçısı, həm də müxtəlif siyasi və iqtisadi platformalar arasında əlaqələrin qurulmasında mühüm rol oynayan orta güc olduğunu bir daha nümayiş etdirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin yeni məzmun qazandığını xüsusi vurğulamaq lazımdır. Əvvəllər əsasən siyasi və humanitar əlaqələrlə xarakterizə olunan münasibətlər bu gün iqtisadiyyat, nəqliyyat, logistika, enerji və ticarət sahələrini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilir. Bu prosesdə Azərbaycanın coğrafi mövqeyi mühüm üstünlükdür. Xəzər dənizi ölkəmizi Mərkəzi Asiyanın aparıcı dövlətləri ilə birləşdirən təbii bağlantı məkanıdır. Digər tərəfdən, Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu Şərqdən Qərbə uzanan marşrutların səmərəliliyini artırır. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən görüş xüsusi əhəmiyyət daşıyır. Bakı və Astana Xəzər üzərindən Şərq-Qərb nəqliyyat bağlantısının inkişafında əsas tərəfdaşlardandır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycan-Qazaxıstan əməkdaşlığı daha geniş geoiqtisadi məna kəsb edir.

“Səfərin mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Azərbaycan və Ermənistan liderlərinin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində birbaşa təmaslarının davam etdirilməsi regionda sülh gündəliyinin qorunması baxımından əhəmiyyətlidir. Xüsusilə son dövrdə əldə edilən razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün siyasi dialoqun davamlı olması vacibdir.

Bişkek görüşü bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizlik məsələlərində fəal mövqeyi ilə seçilir. Ölkəmiz regionda yeni siyasi reallıqların formalaşdırılması və davamlı sülhün təmin olunması prosesində aktiv iştirak edir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik həm də iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açmalıdır. Sülhün iqtisadi dividendlərə çevrilməsi isə region ölkələrinin qarşılıqlı əməkdaşlığını daha da gücləndirəcək”, - deyə deputat bildirib.

Könül Nurullayeva Azərbaycanın ŞƏT məkanına marağını şərtləndirən əsas amillərdən birinin də məhz onun coğrafi mövqeyi olduğuna diqqət çəkib: “Ölkəmiz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən mühüm halqadır. Orta Dəhlizin inkişafı Azərbaycanın bu baxımdan əhəmiyyətini daha da artırır. Yəni Azərbaycan-ŞƏT əməkdaşlığının perspektivlərini yalnız siyasi dialoq çərçivəsində qiymətləndirmək doğru olmaz. Burada nəqliyyat və logistika ilə yanaşı, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, elm və təhsil kimi istiqamətlər üçün də geniş imkanlar mövcuddur. Ümumiyyətlə, dövlətimizin başçısının Bişkek səfəri Azərbaycanın regional sülh və təhlükəsizlik gündəliyində fəal iştirakını, Mərkəzi Asiya ilə strateji əlaqələrin gücləndirildiyini, Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanlarının genişləndiyini göstərib. Bütün bunların fonunda Bişkek səfəri Azərbaycanın xarici siyasətində siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və humanitar həmrəyliyin vahid strateji xətt üzrə birləşdirildiyini təsdiqləyir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

Cənubi Koreyada estetik cərrahiyyə platformasına kiberhücum nəticəsində 220 mindən çox istifadəçinin məlumatı oğurlanıb

16:05
08 Sentyabr

Rusiyada qar uçqunu nəticəsində 11 nəfər həlak olub  

16:00
08 Sentyabr

Türkiyədə qanunsuz nadir bitki yığan şəxslər rekord məbləğdə cərimələndi

15:50
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!