27 May 2023 09:50
952
SİYASƏT
A- A+
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə sıx iqtisadi əlaqələri var

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə sıx iqtisadi əlaqələri var

 

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrlə (Ermənistan istisna edilməklə) sıx iqtisadi və ticarət əlaqələri var. Bu münasibətlər müntəzəm  olaraq genişlənir və həm ölkəmiz, həm də təşkilatın hər bir iştirakçısı üçün əhəmiyyətlidir. Odur ki, dövlətimizin başçısı İlham Əliyevin  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə  Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etməsi də təsadüfi deyildi.


Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 ildir uğurla inkişaf edir. Ötən il ölkəmizin Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar olub. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın təşkil edib. Gələcəkdə əmtəə dövriyyəsinin artması üçün də  böyük potensial var.
Hamıya yaxşı məlumdur ki, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Nəqliyyat-logistika infrastrukturumuz bütün bu istiqamətlərdə daşımaların həyata keçirilməsinə imkan verir. Belə ki, ölkəmiz  Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Ticarət Limanı yaxın vaxtlarda daha da modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artdığı üçün bunun  xüsusi əhəmiyyəti var. 
Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin gəmiqayırma imkanları Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda onların sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Bir sözlə, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da ölkəmizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. 
Bütün bunlar Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışında vurğulandı: "Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik".
İşsizliyin səviyyəsi cəmi 5 faiz təşkil etsə də, dövlətimiz daim yeni iş yerlərinin yaradılmasına səy göstərir. Çünki demoqrafik artım var. Son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona çatıb.
Ölkəmizin hərtərəfli inkişafının panoramında işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı işlərin xüsusi önəmi var. Odur ki, dövlətimizin başçısı bu məsələyə də toxunmuşdur: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir". 
Qeyd edək ki, mayın 25-də Moskvada dövlətimizin başçısının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü  də olub.
Görüşdə Azərbaycan və Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsinin  və xarakterinin  ciddi, dərin məna daşıdığı qeyd edilib. Həmçinin bildirilib ki, ikitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Ulu Öndər  Heydər  Əliyev minnətdarlıqla xatırlanıb. Prezident İlham Əliyevə və nümayəndə heyətimizə xalqımızın Ümummilli Liderinin 100 illik yubileyinin  Rusiyada, həm təkcə paytaxt Moskvada deyil, ölkənin digər yerlərində də  bayram edildiyi barədə məlumat verilib. 

Flora SADIQLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!