09 İyul 2026 09:50
333
İQTİSADİYYAT
A- A+
Azərbaycanda turizmin bütün sahələrinin inkişafı üçün regionlarda geniş imkanlar var

Azərbaycanda turizmin bütün sahələrinin inkişafı üçün regionlarda geniş imkanlar var


Turizmin gəlirli sahə olması yeni reallıq deyil. Bu gün də elə ölkələr var ki, onun dövlət büdcəsinin əhəmiyyətli hissəsi turizm gəlirlərindən formalaşır. 

Turistləri cəlb edən sahələr genişdir. İnsanlar gəzinti və istirahət üçün adətən maraqlarına uyğun olaraq səfalı təbiəti, qədim abidələri, tarixi şəhərləri olan ölkələri seçirlər. Bununla yanaşı, sağlamlıq turizminə də son dövrlər maraq artıb. Necə deyərlər, "həm ziyarət, həm ticarət" etmək istəyən turistlərin sayı bu gün kifayət qədərdir. 

Azərbaycanın bütün bu sahələr üzrə geniş imkanları var. Ondan necə istifadə edilməsi isə başqa yazının mövzusudur. İndi birbaşa bu məsələ ilə bağlı bəzi rəqəmlərə nəzər salaq. Ötən il Azərbaycanda satılmış 86147 turizm zərfinin 67301-i, yaxud 78,1 faizi ölkə vətəndaşlarının xarici ölkələrə səfərləri üçün rəsmiləşdirilib. Hesabat dövründə, yəni 2025-ci ildə ölkədaxili səyahətlər üçün Azərbaycan vətəndaşlarına satılan turizm  zərflərinin sayı isə 8483 olub. Bu, ümumi satışların cəmi 9,8 faizini təşkil edib. Bununla yanaşı, Azərbaycana səyahət etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 10363 turizm zərfi satılıb ki, bu da ümumi satışların 12 faizi qədərdir. 

Turizm ölkənin ümumi inkişafı ilə yanaşı, strateji hədəf olan qeyri-neft-qaz sektoruna da böyük töhfə verir. Eyni zamanda bölgələrin inkişafına, əhalinin məşğulluğuna ciddi kömək göstərir. Ona görə də yüksək gəlir gətirən və çox sayda əhalinin məşğulluğunu təmin edən bu sahəyə diqqət gündəmdən düşməməlidir. İnsafən qeyd edək ki, ölkəmizdə artıq neçə ildir bu sahədə ciddi işlər görülür. Nəticəsi də var. Məsələn, 2025-ci ildə 2024-cü illə müqayisədə ölkə üzrə turizmdən əldə edilən gəlirin artımı 56 milyon manatdan çox (33,8 faiz) olub. Ötən il həmçinin turagent və turoperatorların sayı 381-dən 434-ə yüksəlib. Həmin müəssisələrdə çalışan işçilərin sayı isə 2700 nəfərə çatıb ki, bu da illik müqayisədə 26 faiz çoxdur.

Azərbaycanın sağlamlıq turizm potensialı da az deyil. Naftalanda bir çox dərdin dərmanı olan müalicəvi neft çıxır. Bununla yanaşı, ölkəmizdə  çoxsaylı müalicəvi termal sular da mövcuddur. Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri Florian Zenqstşmid deyir ki, 2030-cu ilə qədər dünyada turizmdən götürüləcək qazancın məbləğinin 1,4 trilyon dollara çatacağı proqnozlaşdırılır: "Bunun təxminən 300 milyard dollarını tibbi (sağlamlıq) turizm təşkil edəcək. Azərbaycan Dövlət Turizm Agentliyi isə ölkənin bu nəhəng bazardan pay alması üçün konkret planlarla çıxış edir". F.Zenqstşmid həmçinin tibbi turizmin inkişafı üçün prioritet tədbirləri açıqlayıb: "Əvvəlcə idarəetmə və tənzimləmə çərçivəsi formalaşmalıdır. Qlobal akkreditasiya və səhiyyə standartlarının tətbiqi vacibdir. Növbəti mərhələdə sağlamlıq xidmətləri, ixtisaslaşmış nəqliyyat kimi yeni bizneslərə şərait yaradılmalıdır. Bu sahədə həm dövlət, həm də özəl investisiyalar üçün böyük imkanlar var".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!