28 Yanvar 2022 00:32
696
İQTİSADİYYAT
A- A+
Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlərə dair seminar olub

Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlərə dair seminar olub

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə informasiya texnologiyaları və nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai fəallar, QHT, biznes sektoru nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Seminarda Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində qarşıya qoyduğu vəzifələr və hədəflərdən bəhs edilib. Eyni zamanda, informasiya texnologiyaları, rabitə və nəqliyyat sahələri üzrə 2021-ci ildə əldə olunmuş uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də inkişaf perspektivləri barədə məlumat verilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin fevral ayında sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Azərbaycanda “müasir innovasiyalar məkanı”nın yaradılması prioritet sahələrdən biri elan olunub. Dövlət başçısının ötən il Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalaması isə müvafiq sahələrdə kompleks islahatların aparılmasına böyük təkan verib, sərəncamlar ilə müvafiq sahələr üzrə tənzimləyici qurumlar yaradılıb.

Rövşən Rüstəmov əlavə edib ki, dövlət başçısı yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini xüsusi diqqətdə saxlayıb və insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Nazir müavini Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli sərəncamı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına başlanıldığını diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını ən vacib vəzifələr kimi müəyyənləşdirib, məmur-vətəndaş təmaslarının minimuma endirilməsinin zəruriliyini vurğulayıb. Aida Bədəlovanın sözlərinə görə, yeni “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik-hüquqi şəxsin bazasında yaradılacaq AYNA informasiya sistemi bu istiqamətdə əhəmiyyətli addım olacaq. Sistem sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, məmur-sahibkar təmasını da minimuma endirəcək, bu sahədə göstərilən dövlət xidmətlərində şəffaflığın artmasına və neqativ halların tamamilə aradan qalxmasına müsbət töhfə verəcək.

Nazirin müşaviri, həmçinin milli prioritetlərə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”ın təmin edilməsi çərçivəsində Qarabağda nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Diskussiya formatında davam edən seminarda iştirakçılar rəqəmsal inkişaf və nəqliyyat sahəsində görülən işlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Çıxış edənlər Prezident İlham Əliyevin bir çox məsələlər, o cümlədən ictimai nəzarət mexanizmlərinin hazırlanması, şəffaflıq və hesabatlılıqla bağlı addımların atılmasına dair çağırışlarının qarşıda yeni vəzifələr qoyduğunu vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!