Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – konfrans
Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti”, “1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi”, “Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələri”, “Müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr”, “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi məsələləri”, “Ulu Öndər Heydər Əliyev və xüsusi mühafizə olunan təbiət əraziləri: yaradılması, genişləndirilməsi və idarə olunması” mövzularında məruzələr dinlənilir. Konfransda, həmçinin “Azərbaycan mədəniyyəti, folkloru, ədəbiyyatı və fəlsəfi dünyagörüşündə ekoloji ictimai şüur məsələləri və təbiətə münasibət”, “Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri”, “Ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri”, “Müasir dövrdə ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt faktoru”, “Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri”, “Azərbaycanın təbii landşaftları, torpaq və su ehtiyatları”, “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri”, “İctimai ekologiya və sağlamlıq problemləri” mövzularında məruzələr dinləniləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində gücl...
27 Iyul
Sülh sazişini imzalamağın vaxtı çatıb
27 Iyul
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən info...
27 Iyul
Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyan...
27 Iyul
Ertuğruloğlu: Azərbaycan, Türkiyə və ŞKTC bir-birilərini dəstəkləməli, ümumi maraqları müdafiə etməl...
27 Iyul
"Azərbaycan Respublikası Hökuməti il ə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əm...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!