08 Noyabr 2025 00:41
424
SİYASƏT
A- A+
Azərbaycan XİN Zəfər Günü münasibətilə bəyanat yayıb

Azərbaycan XİN Zəfər Günü münasibətilə bəyanat yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

“8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur. Azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarix, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzidir.

Beş il öncə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 2020-ci il 8 noyabr tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər, cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu.

Son beş il ərzində ölkəmiz misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşayır.

“Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəldir.

Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq edir.

Azərbaycan regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynayır.

8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.

Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır.

8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.

Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.

Zəfər Günümüz mübarək!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ  

17:06
12 Dekabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin xatirəsini anıb  

17:05
12 Dekabr

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib  

17:04
12 Dekabr

İnnovativ üzük təqdim olunub  

17:02
12 Dekabr

Marsda qeyri-adi qaya  

16:57
12 Dekabr

Yeni amfibiya növü kəşf edilib  

16:56
12 Dekabr

Tailandın Baş naziri Kamboca ilə qarşıdurma fonunda parlamenti buraxıb   

16:54
12 Dekabr

Baş nazir: Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır  

16:49
12 Dekabr

Anım gününə həsr olunmuş tədbirdə Ulu Öndərin sosial sahəyə göstərdiyi böyük diqqətdən bəhs edilib

16:47
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib  

16:45
12 Dekabr

Ağdərə sakini: Yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir  

16:44
12 Dekabr

Ombudsman Aparatının kollektivi Ümummilli Liderin xatirəsini yad edib

16:43
12 Dekabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

16:42
12 Dekabr

Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib YENİLƏNİB 

16:41
12 Dekabr

Maliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib  

16:40
12 Dekabr

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, ailələrə açarlar təqdim olunub YENİLƏNİB  

16:38
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

16:02
12 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

15:52
12 Dekabr

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

15:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

14:34
12 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib  

14:20
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!