08 Noyabr 2025 20:06
518
CƏMİYYƏT
A- A+
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib 


Noyabrın 8-də Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.

AZƏRTAC xəbər verir ki, Zəfər Günündə, bu şanlı bayram günündə ən çox ziyarət olunan məkanlardan biri qəhrəman övladların dəfn olunduğu Şəhidlər xiyabanları olub. Səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və başqaları Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanlarını ziyarət ediblər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub. Uşaqdan böyüyə hər kəs suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirib, onlara bir daha minnətdarlığını ifadə edib.

Ehtiyatda olan baş əsgər Elşən Məmmədov Zəfər Günündə döyüş yoldaşlarını İkinci Şəhidlər xiyabanında ziyarət edib. Zəfər Gününü xalqın uğuru hesab edən E. Məmmədov AZƏRTAC-a müsahibəsində söyləyib: “Zəfər hissini yaşamış bir hərbçi kimi çox söz deyə bilərəm. Mən fəxr edirəm ki, 44 gün döyüşmüşəm. Başda şəhid ailələri, qazilər və veteranlar olmaqla, hamını Zəfər Günü münasibətilə təbrik edirəm”.

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova böyük itkini qürurla və kədərlə yada salıb: “Polad 2020-ci il iyulun 14-də şəhid olanda təkcə bizim ev yox, bütün Azərbaycan ayağa qalxdı. Onun şəhadətindən sonra minlərlə gəncin qəlbində intiqam və ədalət hissi alovlandı. Poladın yolunu davam etdirən gənclərimiz öz canları və sağlamlıqları bahasına 44 günlük şanlı Qələbəni qazandılar. Torpaqlarımızı itirəndə neçə-neçə qəhrəman oğullarımızın arzusu yarımçıq qaldı. Bu gün o arzuları gənclərimiz qanları və canları ilə həyata keçirdilər. Vətəndaşlarımız Xankəndiyə, Xocalıya qayıdanda, orada həyat yenidən canlananda Polad kimi igidlərin ruhu da rahatlıq tapır. Çünki onlar məhz bu günlər üçün canlarından keçiblər”.

Şəhid kapitan Elvin Kazımovun anası Fədayə Kazımova övladının 44 günlük savaşın qəhrəmanları sırasında olmasından qürur duyduğunu söyləyib. “Elvin evini, ailəsini, anasını sevirdi, amma hamıdan çox Vətənini seçdi. Aprel döyüşlərində iştirak etmişdi, yaralanmışdı. Kəşfiyyatçı idi. Oktyabrın 6-sı şəhid olması barədə xəbəri gəldi. Qorxmaz idi, əsgərlərə də cəsarətli olmağı öyrədirdi. Onlara deyirdi ki, ölməyə yox, öldürməyə gəlmişik. Elə də şəhid oldu. Mənim iki oğlum müharibədə iştirak edib”,- deyə şəhid anası əlavə edib.

Dövlət Sərhəd Xidmətinin kapitanı, şəhid Fərid Mehbalıyevin atası Kəmaləddin Mehbalıyev övladının qəhrəmanlığından danışarkən diqqətə çatdırıb ki, Fərid ailəli idi və iki qızı var. O, 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olub.

Şəhid Elsevər Paşayevin qayınatası Bariz Baxşəliyev Zəfər Gününü həm hüznlə, həm də qürurla qeyd edənlərdəndir. “Bugünkü Qələbə bu igidlərin canı, qanı bahasına qazanılıb. Onların hərəsi bir dastan yazıb. Göz görə-görə ölümə gediblər. Elsevər Füzulidən Laçınadək döyüşüb. 5 dil bilirdi, 15 xarici dövlətdə təlim keçmişdi, sülhməramlılarda xidmət edirdi”,- deyə B. Baxşəliyev əlavə edib.

Vətən müharibəsinin qazisi Elxan Xəlilli isə Füzuli, Hadrut və Zəngilan uğrunda könüllü döyüşməsindən söhbət açıb. O vurğulayıb ki, Zəfər Gününü həm qürur, həm də o günləri xatırladan sızıltı ilə qarşılayır.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!