18 May 2024 09:10
1676
Mədəniyyət
A- A+
Azərbaycan xalçaları Riqada ilk dəfə sərgilənib

Azərbaycan xalçaları Riqada ilk dəfə sərgilənib

 

Hələ qədim dövrlərdən Azərbaycanda özünəməxsus xalçaçılıq ənənələri olub. Xalqımızın yalnız həyat tərzi, məişəti, adət-ənənələri deyil, eyni zamanda tarixi, mədəniyyəti, təfəkkürü müxtəlif əsrlərdə toxunmuş xalçalarda əksini tapıb.  Odur ki, xalçalar Azərbaycanın zəngin mədəni irsinin ən gözəl nümunələri hesab edilir. Ölkəmizdə bu sənətə qədim zamanlardan çox böyük hörmətlə, qayğı və məsuliyyətlə yanaşıblar. Azərbaycan xalçaları dünyada da məşhur olub. Bir çox ölkələrin məşhur muzeylərinin ən gözəl eksponatlarına çevrilib. 
Xalçaçılıq sənətinin Avropada tanıdılması məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bu ölkədə səfirliyimizin və "Azərxalça" ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində xalçalarımızdan ibarət "Yaddaşın genetik kodu. Azərbaycan xalçaları" adlı sərgi açılıb.
"Azərxalça"dan verilən məlumata görə, sərginin açılış mərasimində Latviyadakı səfirimiz Elnur Sultanov çıxış edib. O, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini və bu əlamətdar hadisə münasibətilə xalqımız tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq sənətinin gözəl nümunələrinin Riqada ilk dəfə nümayişinin sevindirici hal olduğunu bildirib. Səfir sərgidə qonaqlara təqdim olunan Azərbaycan tar ifasının tədbirə xüsusi rəng qatdığını, Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb. 
Elnur Sultanov Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş etdirilməsi məqsədilə "PAŞA Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyəti və "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Azərxalça" tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə verəcəyini qeyd edib.
"Azərxalça" ASC-nin yaradıcı qrupu və idarə heyətinin sədri Emin Məmmədov çıxışında Azərbaycanın hər zaman milli-mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atdığını nəzərə çatdırıb. 
Azərbaycan xalq-tətbiqi sənətinin və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayan Emin Məmmədov  sərgidə nümayiş olunan xalçaçılıq məktəblərindən danışıb, "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu söyləyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. 
Sərgidə Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova da çıxış ediblər. Onlar unikal xalça kolleksiyasının sərgidə nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu deyiblər və "PAŞA Holdinq" MMC və "PAŞA Bank" ASC tərəfindən Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti cəlb edir və bu oxşarlıqlar hər iki ölkənin mədəniyyətinə təsir göstərmiş qarşılıqlı mədəni əlaqənin əksidir. 
Tədbirə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat dairələrinin nümayəndələri və Latviyada yaşayan Azərbaycan icmasının üzvləri də qatılıb. Sərgidə xalçalarla yanaşı, böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Z.FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!