05 Sentyabr 2025 09:46
1678
Mədəniyyət
A- A+
Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir  

Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir  


Vyetnamın iqtisadi-maliyyə mərkəzi Hoşimin şəhərində Mekonq çayı subregionunun ən böyük turizm sərgisi hesab olunan Beynəlxalq Səyahət Sərgisi (ITE HCMC 2025) işə başlayıb.

Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən turizm liderləri, iş adamları və hökumət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan ilk dəfə milli stendlə təmsil olunur. Bu, Azərbaycanın turizm potensialının tanıdılmasına və iki ölkə əlaqələrinin inkişafına xidmət edir. Ölkəmizin sərgidə iştirakı Azərbaycan Turizm Bürosu, eləcə də özəl şirkətlər tərəfindən təmin olunur.

Azərbaycanla Vyetnam arasında 1959-cu ildən başlanan tarixi dostluq əlaqələri 2025-ci ildə iki ölkənin başçıları tərəfindən strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Turizm əməkdaşlığın prioritet sahələrindən biri hesab olunur. Hər iki ölkənin turizm sahəsində öz bölgələrində lider mövqeyində olmaları ilə yanaşı son illər qarşılıqlı turist səfərlərinin xeyli artması müşahidə olunur. Vyetnam cari ildə 25 milyon turist cəlb etməyi hədəfləyir. Bundan başqa, hər il təxminən 10 milyonadək Vyetnam vətəndaşı xarici ölkələrə səfər edir. Qarşı tərəfin dəvəti ilə Vyetnama səfər edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, eyni zamanda, Hoşimin bölgəsinin tərkibində olan Vunqtau şəhərində görüşlərinin keçirilməsi və buradakı Bakı küçəsini ziyarət etməsi nəzərdə tutulur. Bu ad 1987-ci ildə Azərbaycan neftçilərinin Vyetnamın neft sənayesinin inkişafına töhfələrinin şərəfinə verilib. Bakının Xətai rayonunda da Vunqtau küçəsi mövcuddur.

Azərbaycanın sərgidə debütü iki ölkə arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımdır. Zəngin mədəni irsi ilə Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan vyetnamlı turistlər və biznes dairələri üçün yeni imkanlar təqdim edir.

Milli stend Azərbaycanın turizm imkanlarını nümayiş etdirməklə yanaşı, B2B görüşləri və tərəfdaşlıqlar üçün də platforma rolunu oynayır. Azərbaycan şirkətlərinin və BŞİH nümayəndələrinin sərgidə birgə iştirakı ölkəmizin Vyetnam və ASEAN regionu ilə uzunmüddətli əməkdaşlığa marağını göstərir.

Ölkəmizin ilk dəfə olaraq sözügedən sərgidə iştirakı yeni turizm təşəbbüslərinin, biznes və mədəni layihələrin həyata keçirilməsinə, eləcə də xalqlarımız arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yol açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

13:43
10 İyul

İlin birinci yarısında Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib

13:40
10 İyul

FHN taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:37
10 İyul

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

13:35
10 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

13:33
10 İyul

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

13:30
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri açıqlanıb

13:00
10 İyul

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

12:57
10 İyul

BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”

12:55
10 İyul

Azərbaycan ilə Rusiya arasında baytarlıq və fitosanitar nəzarəti sahəsində əməkdaşlıq genişləndirilir

12:53
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!