30 Sentyabr 2026 17:16
162
SİYASƏT
A- A+
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb  

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb  

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 30-da beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.

Rəsmi qonağı salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.

Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığımızın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə general-polkovnik Zakir Həsənova dərin minnətdarlığını bildirib.

Tərəflər ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrimizin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.

Sonda Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dəmir yollarında süni intellekt tətbiq edəcək

17:36
30 Sentyabr

Mingəçevirdə 2300 yeni iş yeri yaradılacaq

17:21
30 Sentyabr

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib  

17:17
30 Sentyabr

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb  

17:16
30 Sentyabr

Orta dəhlizdə 14 yeni terminal

17:15
30 Sentyabr

UNEC THE WUR 2027 reytinqində ölkədə birincidir!

17:14
30 Sentyabr

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

17:13
30 Sentyabr

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

17:07
30 Sentyabr

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb  

16:57
30 Sentyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  

16:57
30 Sentyabr

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib  

16:39
30 Sentyabr

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir  

16:37
30 Sentyabr

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

16:11
30 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

15:28
30 Sentyabr

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!