04 Avqust 2026 15:12
210
SİYASƏT
A- A+
Azərbaycan və İsveçrə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı və regional gündəliyi müzakirə ediblər

Azərbaycan və İsveçrə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı və regional gündəliyi müzakirə ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, nazirlər Azərbaycan–İsveçrə ikitərəfli gündəliyini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini, habelə regiondakı münaqişədən sonrakı vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.

Nazirlərin görüşündə vurğulanıb ki, gələn il Azərbaycan və İsveçrə diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcək və bu mühüm yubileyi keçən müddət ərzində inkişaf etdirilmiş tərəfdaşlığa nəzər salmaq üçün bir fürsət kimi dəyərləndiriblər.

Tərəflər Xarici İşlər nazirlikləri arasında yüksəksəviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan cari ilin aprel ayında Bakıda keçirilmiş siyasi məsləhətləşmələrin sonuncu raundunun əhəmiyyətini qeyd edərək, bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin vacibliyini bildiriblər.

Müzakirələr Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla, iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə SOCAR Energy şirkətinin İsveçrədə uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd olunub.

Nazirlər, həmçinin humanitar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçrənin prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə diqqətini alqışlayaraq, bu istiqamətlərin müasir çağırışların həllində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə daha mürəkkəb xarakter aldığı bir şəraitdə, Təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyə Azərbaycanın dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarını sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb. O vurğulayıb ki, ikitərəfli format çərçivəsində əldə olunan irəliləyiş bu yanaşmanın səmərəliliyini bir daha nümayiş etdirir.

ATƏT ilə əməkdaşlığa dair nazir Ceyhun Bayramov Azərbaycanın Təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər təqdim edə biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.

Nazir, həmçinin Azərbaycanın ərazilərinin minalar və müharibənin digər partlayıcı qalıqları ilə genişmiqyaslı çirklənməsinə diqqət çəkərək, bunu ölkənin qarşısında duran ən ciddi humanitar problemlərdən biri kimi qiymətləndirib. O, bu məsələnin həllində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini vurğulayıb.

Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən hadisələr, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
04 Avqust

R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:35
04 Avqust

Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür 

16:35
04 Avqust

A.M.Babayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:34
04 Avqust

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

16:33
04 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

16:32
04 Avqust

Parlamentlərarası işçi qrupunun rəhbəri: Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığı yeni istiqamətlər üzrə genişlənə bilər

16:30
04 Avqust

Gömrük Komitəsinin sədri Qusarda vətəndaşların müraciətlərini dinləyib

16:25
04 Avqust

Metroda xətlərin ayrılması ilə əlaqədar işə düşəcək ekspres marşrutların hərəkət istiqaməti açıqlanıb 

16:23
04 Avqust

Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşlarla görüşüb

16:05
04 Avqust

“AzerGold” QSC-dən jurnalistlər üçün növbəti təlim və mediatur

16:00
04 Avqust

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi TDT-nin möhkəmlənməsinə xidmət edir

15:55
04 Avqust

Media: İran Hörmüz boğazının açılmasına dair Omanla razılaşma əldə etməyə yaxındır

15:50
04 Avqust

Ceyhun Bayramov: ATƏT-dən minatəmizləmə sahəsində daha fəal rol oynamasını gözləyirik 

15:45
04 Avqust

İsti hava şəraiti davam edəcək, külək güclənəcək 

15:40
04 Avqust

İqnasio Kassis: Azərbaycanla əlaqələrimizi bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik 

15:35
04 Avqust

İqnasio Kassis: Azərbaycanın sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndiririk 

15:30
04 Avqust

Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi planlaşdırılır 

15:25
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!