04 Avqust 2026 16:33
355
Fərmanlar
A- A+
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7.3-cü (ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına münasibətdə), 7.4-cü (ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına münasibətdə), 31.6-cı maddələrində və 54.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 1.1.10-cu, 1.1.30-cu, 1.1.36-cı, 1.1.44-cü, 8.0.21-1-ci, 25.5-ci (ikinci halda), 27-ci maddələrində, 92.8-ci maddəsinin birinci cümləsində, 98.2-ci maddəsinin ikinci cümləsində, 98-7.3-cü, 111.4-cü, 124.2-ci, 124-1.2-ci maddələrində, 124-2.1-ci maddəsinin birinci cümləsində, 124-2.6-cı, 124-2.9-cu, 124-3.1-ci, 129-1.8-ci, 149.3-cü, 167.2-ci, 174.4-cü, 175.3-cü, 175-1.1.3-cü, 175-1.7-ci, 176.3-cü, 183.1-ci maddələrində, 195.1-ci maddəsinin birinci cümləsində, 195.3-cü maddəsinin üçüncü cümləsində, 203-1.3-cü maddəsində, 280.4-cü maddəsinin ikinci cümləsində, 280.11-ci, 292-3.2-ci, 292-3.3-cü maddələrində, 306-1.3-cü maddəsinin birinci cümləsində, 306-1.6-cı və 306-1.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.3. həmin Məcəllənin 1.1.19-cu, 1.1.23-cü, 5.1-ci, 6.2-ci, 7.1-ci, 7.3-cü (birinci halda və ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla), 7.4-cü (birinci halda və ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla), 10.3-cü maddələrində, 22.5-ci maddəsinin birinci cümləsində, 25.5-ci (birinci halda), 28.4-cü, 31.3-cü maddələrində, 91.4-cü maddənin ikinci cümləsində, 92.7-ci, 93.1-ci (hər iki halda) maddələrində, 98-4.2-ci, 98-5.4-cü və 98-5.5-ci maddələrinin birinci cümlələrində, 124-2.8-ci, 150.6-cı, 176.4-cü, 203-3.2-ci və 280.10-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. altı ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması;

2.1.2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 31.6-cı maddəsinə uyğun olaraq, səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlərin, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi;

2.1.3. həmin Məcəllənin 54.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası;

2.2. yeddi ay müddətində aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.2.1. həmin Məcəllənin 92.8-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, gömrük nəzarəti formalarının həyata keçirilməsi qaydasını;

2.2.2. həmin Məcəllənin 98.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, gömrük auditinin aparılması qaydasını;

2.2.3. həmin Məcəllənin 98-7.3-cü maddəsinə uyğun olaraq, tələbnamənin formasını;

2.2.4. həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını və pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını;

2.2.5. həmin Məcəllənin 195.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilən malların siyahısını;

2.2.6. həmin Məcəllənin 203-1.3-cü maddəsinə uyğun olaraq, malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını;

2.3. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

3.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 91.4-cü maddəsinin ikinci cümləsinə, 98-4.2-ci, 98-5.4-cü və 98-5.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, aktların formasını;

3.1.2. həmin Məcəllənin 92.7-ci maddəsinə uyğun olaraq, bildirişin formasını;

3.1.3. həmin Məcəllənin 150.6-cı maddəsinə uyğun olaraq, gömrük bəyannaməsinin doldurulması qaydasını;

3.2. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793 (Cild I); 2025, № 11, maddə 1018; 2026, № 2, maddə 123, № 3, maddə 226, № 3, maddə 228) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 28.1-ci bəndə “7.2-ci (ikinci halda),” sözlərindən sonra “7.3-cü (ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına münasibətdə), 7.4-cü (ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına münasibətdə),” sözləri, “13.1-ci,” sözlərindən sonra “13-1.2-ci,” sözləri, “29-cu” sözlərindən sonra “, 31.6-cı” sözləri və “ikinci cümləsində (birinci halda),” sözlərindən sonra “54.2-ci maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin;

4.2. 28.5-ci və 28.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“28.5. həmin Məcəllənin 1.1.10-cu, 1.1.30-cu, 1.1.36-cı, 1.1.44-cü, 8.0.21-1-ci, 8.0.27-ci, 13.2-ci, 21.3-cü, 25.4-cü, 25.5-ci (ikinci halda), 26-cı, 27-ci, 33.1-ci, 36.2-ci, 37.1-ci, 40.2-ci, 40.3-cü, 42.2-ci, 43-cü, 44.1-ci (birinci halda) maddələrində, 53.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 58.1.2-ci, 64.3-cü maddələrində, 65.6-cı maddəsinin üçüncü cümləsində, 79.4-cü, 80.5-ci, 85.1-ci, 86.2-ci, 92.6.1-ci maddələrində, 92.8-ci maddəsinin birinci cümləsində, 94.2-ci maddəsində, 98.2-ci maddəsinin ikinci cümləsində, 98-7.3-cü, 102.4-cü, 105.2-ci, 111.4-cü maddələrində, 113.1-ci maddəsinin üçüncü cümləsində, 113.3-cü, 124.2-ci, 124-1.2-ci maddələrində, 124-2.1-ci maddəsinin birinci cümləsində, 124-2.6-cı, 124-2.9-cu, 124-3.1-ci, 125.6-cı, 128.3-cü, 128.4-cü, 129.2-ci, 129-1.8-ci maddələrində, 130.2-ci maddəsinin birinci cümləsində, 131.1-ci, 131.5-ci, 135.1-ci, 135.3-cü, 140.1-ci, 140.2-ci, 141-ci, 146.3-cü, 149.3-cü, 150.3-cü, 151.1.4-cü, 152.2-ci, 153.2.3-cü, 154.4-cü, 155.1-ci, 155.4-cü, 156.3-cü maddələrində, 156.4-cü maddəsinin ikinci cümləsində, 156.5-ci maddəsində, 158.5-ci maddəsinin ikinci cümləsində, 158.8-ci, 158.9-cu, 163.5-ci, 164.4-cü, 165.6-cı, 167.1-ci, 167.2-ci maddələrində, 167.5-ci maddəsinin ikinci cümləsində, 168.1-ci, 170-ci, 173.5-ci, 174.4-cü, 174.5-ci, 175.3-cü, 175-1.1.3-cü, 175-1.7-ci, 176.3-cü, 181.5-ci, 183.1-ci, 183.3-cü, 187.2-ci maddələrində, 192.4-cü maddəsinin birinci cümləsində, 193.2-ci maddəsinin ikinci cümləsində, 193.3-cü, 194.3-cü maddələrində, 195.1-ci maddəsinin birinci cümləsində, 195.3-cü maddəsinin üçüncü cümləsində, 196.1-ci, 197.5-ci, 198.3-cü maddələrində, 200.1-ci və 200.3-cü maddələrinin ikinci cümlələrində, 200.4-cü maddəsinin üçüncü cümləsində, 200.5-ci maddəsində, 203.1-ci maddəsinin birinci cümləsində, 203-1.3-cü, 204.1-ci, 205.1-ci maddələrində, 208.2-ci maddəsinin birinci cümləsində, 210.2-ci, 210.4-cü, 213-cü, 214.1.4-cü, 215.1-ci, 217-ci, 222.5-ci, 223.4-cü, 224.3-cü, 224.3-1-ci, 224.4-cü maddələrində, 225.2-ci maddəsinin birinci cümləsində, 225.3-cü, 231.2-ci, 232.1-ci, 233-cü, 233-1-ci, 237.3-cü, 242.5-ci, 246.1-ci, 250.7-ci, 250.9-cu, 258.3-cü maddələrində, 261.2-ci maddəsinin ikinci cümləsində, 261.3-cü, 262.2-ci, 266.1-ci, 267.2-ci maddələrində, 279.2-ci maddəsinin birinci cümləsində, 280.4-cü maddəsinin ikinci cümləsində, 280.11-ci, 283.3-cü, 293.6-cı, 292-3.2-ci, 292-3.3-cü maddələrində, 295.5-ci maddəsinin birinci cümləsində, 299.1-ci, 300.5-ci maddələrində, 305.3-cü maddəsinin ikinci cümləsində, 306-cı maddəsində, 306-1.3-cü maddəsinin birinci cümləsində, 306-1.6-cı, 306-1.8-ci, 317.5-ci (ikinci halda), 319.5-ci, 322.10-cu, 322.15-ci, 327.2-ci maddələrində, 328.2-ci maddəsinin birinci cümləsində, 328.5-ci, 330.1-ci, 330.2-ci, 331.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

“28.7. həmin Məcəllənin 1.1.19-cu, 1.1.23-cü, 2.4-cü, 4.5-ci maddələrində, 5-ci maddəsinin adında, 5.1-ci, 5.2-ci, 5.3-cü, 6.2-ci, 7.1-ci, 7.2-ci (birinci halda), 7.3-cü (birinci halda və ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla), 7.4-cü (birinci halda və ikinci halda – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla) maddələrində, 10-cu maddəsinin adında, 10.1-ci, 10.2-ci, 10.3-cü, 14.2-ci (birinci halda) maddələrində, 22.5-ci maddəsinin birinci cümləsində, 25.1-ci, 25.5-ci (birinci halda), 28.4-cü, 31.3-cü, 36.4-cü, 41.7-ci, 41.8-ci, 42.1-ci, 44.1-ci (ikinci halda), 44.2-ci, 44.3-cü, 44.4-cü, 45.1-ci maddələrində, 45.2-ci maddəsinin birinci cümləsində, 45.2.2-ci, 45.3-cü, 46.1-ci, 46.2-ci, 46.3-cü, 53.3-cü maddələrində, 53.5-ci maddəsinin ikinci cümləsində (üçüncü halda), 53.6-cı, 53.9-cu, 56.4-cü, 64.8-ci maddələrində, 91.4-cü maddəsinin ikinci cümləsində, 92.6.2-ci, 92.6.3-cü, 92.6.4-cü, 92.7-ci, 93.1-ci (hər iki halda), 93.2-ci maddələrində, 98-4.2-ci, 98-5.4-cü və 98-5.5-ci maddələrinin birinci cümlələrində, 99.1-ci maddəsinin üçüncü cümləsində, 100.2-ci, 101.2-ci, 101.3-cü, 101.5-ci, 106.2-ci, 106.4-cü, 124-2.8-ci, 146.4-cü, 150.6-cı, 176.4-cü, 203-3.2-ci, 216.3-cü (hər iki halda), 231.1.5-ci, 249.4-cü, 261.1-ci maddələrində, 261.2-ci maddəsinin birinci cümləsində, 261.4-cü, 279.1-ci, 280.1-ci, 280.6-cı maddələrində, 280.7-ci maddəsinin birinci cümləsində, 280.8-ci maddəsində, 280.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 280.10-cu maddəsində, 281.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 317.4-cü, 317.5-ci (birinci halda), 318.2-ci, 320.0-cı, 328.4-cü, 334.1.2-ci və 334.1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır 

16:55
04 Avqust

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

16:50
04 Avqust

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

16:45
04 Avqust

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
04 Avqust

R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:35
04 Avqust

Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür 

16:35
04 Avqust

A.M.Babayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:34
04 Avqust

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

16:33
04 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

16:32
04 Avqust

Parlamentlərarası işçi qrupunun rəhbəri: Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığı yeni istiqamətlər üzrə genişlənə bilər

16:30
04 Avqust

Gömrük Komitəsinin sədri Qusarda vətəndaşların müraciətlərini dinləyib

16:25
04 Avqust

Metroda xətlərin ayrılması ilə əlaqədar işə düşəcək ekspres marşrutların hərəkət istiqaməti açıqlanıb 

16:23
04 Avqust

Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşlarla görüşüb

16:05
04 Avqust

“AzerGold” QSC-dən jurnalistlər üçün növbəti təlim və mediatur

16:00
04 Avqust

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi TDT-nin möhkəmlənməsinə xidmət edir

15:55
04 Avqust

Media: İran Hörmüz boğazının açılmasına dair Omanla razılaşma əldə etməyə yaxındır

15:50
04 Avqust

Ceyhun Bayramov: ATƏT-dən minatəmizləmə sahəsində daha fəal rol oynamasını gözləyirik 

15:45
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!