17 May 2023 19:11
540
PARLAMENT
A- A+

Azərbaycan və Cənubi Afrika Respublikası parlamentləri arasında əlaqələrin perspektivləri müzakirə edilib

 

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş parlamentin xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, misilsiz fəaliyyətindən danışılıb, Ümummilli Liderin müasir Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna xidmətləri qeyd edilib. Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyevin ideya və tövsiyələri Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, iqtisadi qüdrətinin gücləndirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində əməli addımlar atılır.

Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığı genişləndirmələri barədə də danışılıb, bu sahədə informasiya və təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin, parlament dostluq qrupları çərçivəsində görüşlərin vacibliyi qeyd olunub.

Eyni zamanda, keçirilən görüşlərin və qarşılıqlı dialoqun parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verdiyi bildirilib.

Qeyd edilib ki, Azərbaycan və Cənubi Afrika Respublikası beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstərir, o cümlədən Qoşulmama Hərəkatında fəal iştirak edirlər.

Hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın mühüm təşəbbüsləri xüsusi vurğulanıb, ölkəmizin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video