13 Dekabr 2024 08:30
540
İQTİSADİYYAT
A- A+
Azərbaycan təbii qazının alıcıları çoxalır

Azərbaycan təbii qazının alıcıları çoxalır


Cari ilin ötən 11 ayında ölkəmizdən qaz ixracı ahəngdar davam edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb. Bu il Azərbaycandan qaz idxal edən ölkələrin sayı da çoxalıb.

Hələlik sonuncu idxalçı Slovakiyadır. Belə ki, bu ayın 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb. SOCAR-dan verilən məlumata görə, qaz təchizatı bu şirkət və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. İndi Azərbaycandan 12 ölkə mavi yanacaq alır. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır.

Qaz ixracının artırılması üçün bir sıra vacib şərtlər var ki, bunlardan biri də hasilatın artırılmasıdır. Bu il ixracın artırılmasına imkan verən də məhz çıxarılan qazın həcmi olub. Belə ki, yanvar-noyabr aylarında 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Energetika Nazirliyinin məlumatına görə, qazın xeyli hissəsi - 25,3 milyard kubmetri "Şahdəniz" yatağından hasil olunub. Məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neftlə yanaşı səmt qazı da çıxarılır ki, bunun da həcmi 12,1 milyard kubmetr təşkil edib. 1,4 milyard kubmetr qaz son dövrdə hasilata başlayan "Abşeron" yatağından alınıb. Qalan 7 milyard kubmetr qaz isə SOCAR-ın istismarında olan yataqların payına düşüb. Ümumilikdə ölkə üzrə ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artımla qaz hasil edilib.

Yeri gəlmişkən qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari il dekabrın 1-dək 648,4 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 462,8 milyard kubmetr qaz verib. "Azəri-Çıraq-Günəşli"dən 600,1 milyon ton neft, 228,5 milyard kubmetr qaz, "Şahdəniz"dən 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 646,4 milyon ton neft, 167,6 milyard kubmetr qaz ixraca nəql edilib.

İlin əvvəlindən hasil olunan mavi yanacağın həcminin yarısı ixraca yönəldilib. 11 ayda xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da qeyd edildiyi kimi, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. 

 İxrac üçün daha bir vacib şərt infrastukturun olmasıdır ki, Azərbaycan bu sahədə də sanballı layihələr gerçəkləşdirib. Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə 2006-cı ildən ixrac edilir. Növbəti ildən isə qaz Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan 280 kilometrlik əlavə xətlə Ərzuruma çatdırılır. Bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Türkiyəyə qaz həmçinin 2018-ci ilin ortalarından TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə nəql edilir. 

Avropa isə Azərbaycan qazını 2020-ci ilin son günündən almağa başlayıb. Qazı qoca qitəyə "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Anadolu Qaz Boru Kəməri) çatdırır. Xatırladaq ki, dəhlizin digər seqmentləri genişləndirilmiş CQBK və TANAP-dır. "Cənub qaz dəhlizi"nin yeni interkonnektorla şaxələndirilməsi ixrac coğrafiyasının getdikcə genişlənməsinə imkan yaradır. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılışı mərasimi keçirilib.

2023-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru açıldı.  

Beləliklə, bu ilin 11 ayında Gürcüstana 2,2 milyard kubmetr qaz ötürülüb. Avropaya ixrac olunan qaz 11,7 milyard kubmetr (7,8 faiz artım) təşkil edib. Türkiyəyə 9 milyard kubmetr qaz (3,4 faiz artım) satılıb. Bu həcmin 5,1 milyard kubmetri TANAP-la nəql olunub.

Hazırda ölkəmiz özünün "yaşıl enerji" layihələrinə doğru da inamla irəliləyir. Bu layihələrin gerçəkləşməsi nəticəsində xeyli qaza qənaət ediləcək ki, onu da ixraca yönəltmək mümkün olacaq. Azərbaycan gələcəkdə eyni zamanda "yaşıl enerji" ixracatçısı da olacaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

12:05
08 Noyabr

Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilib  

11:56
08 Noyabr

Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur  

11:55
08 Noyabr

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

11:52
08 Noyabr

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

11:36
08 Noyabr

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

Azərbaycanın tamblinq millisi dünya çempionu olub  

10:49
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!