09 Sentyabr 2022 00:38
1747
SİYASƏT
A- A+
Azərbaycan sülh və tərəfdaşlıq ənənələrinə sadiqdir

Azərbaycan sülh və tərəfdaşlıq ənənələrinə sadiqdir

 

Enerji təhlükəsizliyinin kəskin problemə çevrildiyi indiki məqamda bu, xüsusi əhəmiyyət kəsb edir

 

Planetar miqyasda artan qarşıdurmalar, dövlətlərarası münasibətlərin gərginləşərək müharibələrə keçməsi, enerji resursları uğrunda qaydasız çəkişmələr və supergüclərin həvəslə nüfuz savaşına qalxması planetin çox gərgin münasibətlər müstəvisinə adlamasından xəbər verir. Yeni dəyərlər formalaşmamış köhnə münasibətlər arxivə atılır və unudulur. Ərzaq qıtlığı, kütləvi aclıq və enerji resurslarının nəqlindəki problemlər elə sərtləşir ki, böyük güclər bu məsələlərin həllində gözlənilmədən mehriban dostdan barışmaz düşmənə çevrilirlər. Məsələn, Ukrayna ilə Rusiya kimi.
Belə bir məqamda Qafqazda 30 illik üzücü müharibəyə qələbə ilə yekun vuran, bu ərazilərdə bütün qüvvələri sülhə və əməkdaşlığa yönəldə bilən Azərbaycan Prezidentinin   "Enerji təhlükəsizliyində Azərbaycanın rolu" mövzusundakı çıxışı hamı üçün maraqlı idi. Söhbət  dövlət başçısının bu il  sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində  "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən 48-ci beynəlxalq forumun plenar iclasındakı  çıxışından  və mətbuat təmsilçilərinin suallarına cavablarından gedir.
Faktiki olaraq "The European House-Ambrosetti" beyin mərkəzi müasir dünyada baş verən hadisələrin necə və hansı istiqamətlərdə  cərəyan etdiyini dərk etmək, müharibə və əməkdaşlıq yollarını axtarmaq üçün İlham Əliyevi öz tribunasına dəvət etmişdi. Məsələ burasındadır ki, 30 illik Vətən müharibəsini qələbə ilə başa vuran, bütün qonşuları ilə stabil münasibətlər qura bilən Azərbaycan Prezidentinin təcrübəsi həqiqətən də ağır qarşıdurmaların cəngində olan Avrasiya materiki üçün müsbət təcrübədir. 
Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələsində Azərbaycanın strategiyasının mərhələlərə bölündüyünü xatırlatdı. Birinci mərhələdə 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Biz həm də Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik: "Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük... Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq".
Azərbaycan ərazilərinin işğal edilməsinə, Ermənistan  tərəfindən, bir sıra Avropa dövlətlərinin bilavasitə və dolayısı dəstəyi ilə 30 il işğal altında saxlanılmasına baxmayaraq, nəhəng qaz yataqlarının istismarına - enerji strategiyasının ikinci mərhələsinə  start verə bildi, son 10 il ərzində qonşu ölkələrin bazarında etibarlı təchizatçıya çevrildi. 
Maraqlısı odur ki, uzun illər ərzində erməni aqressiyası səngimədən kulminasiya nöqtəsinə doğru inkişaf etsə də,  "Cənub qaz dəhlizi" - üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemi yaradıldı. Cənubi Qafqaz Boru Kəməri (CQBK)  Trans-Anadolu Qaz Boru  Kəmərinə (TANAP) birləşdirildi  və  TANAP da  qazı İtaliyaya çatdıran Trans-Adriatik  Qaz Boru Kəmərinə (TAP)  qovuşdu. Bir hissəsi hündür dağlardan, bir hissəsi dənizin dibindən keçən 3500 kilometr uzunluğunda  bu mürəkkəb texniki infrastrukturun  yekun hissəsi olan TAP 2020-ci ilin son günü - dekabrın 31-də istifadəyə verildi. 
Azərbaycan enerji kəmərləri ilə Avropaya daha sıx bağlandıqca işğalçı Ermənistanın ambisiyaları da aqressivləşirdi. Azərbaycanın sülh səylərinə məhəl qoymayan Ermənistan məhz 2020-ci ildə bütün Azərbaycanın daha böyük ərazisini ələ keçirmək niyyəti ilə qanlı müharibəyə başladı. Prezident öz çıxışında bu incə məqamlara toxunmasa da, bir sıra  Avropa dövlətlərinin Ermənistanı açıq müdafiə etməsi, əcnəbi jurnalistlərin Bakıya "hücum"u yəqin ki, hamının yadındadır. Çoxuna elə gəlirdi ki, Azərbaycan bu təzyiqlərə davam gətirməyəcək,  geri çəkiləcək. Lakin Azərbaycan  inadından dönmədi, Avropanın enerji təhlükəsizliyindəki vacib rolunu heç kimə güzəştə getmədən sonadək oynadı.  
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu il biz  İtaliya bazarına nəql etdiyimiz qazın həcmini artırmağı və 10 milyard kubmetrə çatdırmağı  planlaşdırırıq: "Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
Bu ilin iyul ayında Bakıda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu hadisədən iki il əvvəl işğalçı Ermənistan məğlubiyyətinin acı tamını daddı. Azərbaycan işğalçı Ermənistanı məğlub etməklə yanaşı, uzun illər ərzində Avropanın enerji resursları ilə təmin edilməsində əvəzsiz rol oynamaqla sülhə və əmin-amanlğa sədaqətini qoruyan bir dövlət olduğunu nümayiş etdirdi. İlham Əliyev çıxışında bu amili belə qiymətləndirdi: "Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir".
Azərbaycan regionda münaqişələrin dərinləşməsinə yox, əməkdaşlığın və münasibətlərin güclənməsinə xidmət edən dövlət olduğunu ortaya qoyur, yeni perspektivlərə köklənir. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilir. Bura isə təbii qazdan savayı enerji bazarının digər seqmentləri də daxil olacaq. Prezident İlham Əliyev belə deyir: "Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir". 
Azərbaycan dünyanın gələcəyi ilə bağlı narahat və ehtiyatlıdır. Ukraynada müharibə nə vaxt və necə bitəcək, regional güclərin balansı necə dəyişəcək, Ermənistanın sülhə təhrik edilməsi üçün daha hansı addımlar atılacaq, bunlar günün suallarıdır. Beynəlxalq hüquq normalarının tamamilə pozulması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində yerinə yetirilməməsi, indi isə  bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulması tamamilə yeni situasiyalar yaradır. Azərbaycan Prezidenti narahatlığını gizlətmir: "Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir".

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!