11 Dekabr 2025 19:05
464
SİYASƏT
A- A+
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı Cənubi Qafqazdan Mərkəzi Avropaya uzanan geosiyasi xətdir 

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı Cənubi Qafqazdan Mərkəzi Avropaya uzanan geosiyasi xətdir 


Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə ikitərəfli əlaqələrin növbəti diplomatik addımı deyil, həm də Cənubi Qafqaz-Mərkəzi Avropa xəttində formalaşan yeni strateji arxitekturanın konturlarıdır. Səfər çərçivəsində səsləndirilən mesajlar göstərdi ki, Bakı və Bratislava münasibətləri artıq ənənəvi siyasi dialoq çərçivəsini aşaraq enerji təhlükəsizliyi, müdafiə sənayesi, rəqəmsal transformasiya və logistika kimi strateji sahələrdə real əməkdaşlıq mərhələsinə keçir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolundan danışan deputat bildirib ki, Slovakiyanın enerji təchizatı modelində şaxələndirmə prioritet olaraq qalır. Ölkənin bu istiqamətdə etibarlı tərəfdaş kimi Azərbaycanı seçməsi təsadüfi deyil. Azərbaycan qazının artıq Slovakiyaya çatdırılması və tələb olunduğu təqdirdə həcmlərin artırıla bilməsi Bakının Avropanın enerji təhlükəsizliyində oynadığı rolunun daha da gücləndiyini göstərir. Azərbaycanın yeni yataqlarının istismara verilməsi, həmçinin mövcud marşrutların genişləndirilməsi Avropanın səkkiz Avropa İttifaqı ölkəsi də daxil olmaqla, 14 dövlətə qaz tədarükünün sabitliyini təmin edir. Bu, həm enerji diplomatiyasının uğuru, həm də Azərbaycanın qitənin enerji xəritəsində öz mövqeyini möhkəmləndirməsi deməkdir.

Müşfiq Məmmədlinin sözlərinə görə, səfərin vurğulanan aspektlərindən biri də nəqliyyat və logistika əməkdaşlığının genişləndirilməsi idi. Son illərdə Azərbaycanda icra olunan infrastruktur layihələri Orta Dəhlizin əsas hissəsinin məhz Azərbaycan ərazisindən keçməsini təmin edib. Şərq ilə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz və proqnozlaşdırılan marşrut olaraq Azərbaycan tranzit infrastrukturunu real iqtisadi üstünlüyə çevirib. Slovakiyanın bu sistemə inteqrasiya marağı isə onun yeni logistika imkanlarına çıxışını genişləndirir. Bu, həm yükdaşıma həcmləri, həm də iqtisadi şaxələndirmə baxımından önəmli amildir.

“Slovakiya müdafiə sənayesi sahəsində Mərkəzi Avropanın mühüm istehsal mərkəzlərindən biridir. Azərbaycan isə son illərdə bu sahədə öz sənaye bazasını genişləndirir və yüksək texnoloji məhsulların istehsalında beynəlxalq tərəfdaşlığı prioritet sayır. Azərbaycan ilə Slovakiyanın bu istiqamətdə əməkdaşlığı yalnız hərbi texnologiyaların mübadiləsi deyil, həm də birgə istehsal, texnologiya transferi və üçüncü bazarlara çıxış üçün imkanlar yaradır. Bu əməkdaşlıq müdafiə sahəsini təhlükəsizlikdən daha çox sənaye modernizasiyası və innovasiyalar kontekstində dəyərləndirir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, dünya siyasətində enerji qədər əhəmiyyətli olan digər istiqamət rəqəmsallaşma və süni intellekt texnologiyalarıdır. Azərbaycanın bu sferaya daxil olması Slovakiya kimi çevik texnoloji potensiala malik ölkələrlə əməkdaşlığı xüsusilə vacib edir. Birgə data mərkəzləri, rəqəmsal platformalar və süni intellekt layihələri iqtisadi səmərənin artırılması ilə yanaşı, iki ölkəni regional rəqabət mühitində daha güclü mövqeyə çıxara bilər.

Yeni geosiyasi kontekstdə Azərbaycan-Slovakiya həmrəyliyinin vacib olduğunu diqqətə çatdıran Müşfiq Məmmədli əlavə edib: “Avropa İttifaqında mərkəzdənqaçma meyillərinin güclənməsi, milli maraqların daha qabarıq şəkildə önə çıxması fonunda Slovakiya, Macarıstan və bir sıra digər dövlətlər öz milli prioritetlərini qətiyyətlə müdafiə edir. Azərbaycan da xarici siyasətini məhz bu prinsiplərə – suverenlik, müstəqil qərarvermə və praqmatik əməkdaşlığa əsaslandırır. Bu mənada Bratislava-Bakı xətti yalnız iqtisadi deyil, həm də ideoloji yaxınlığı əks etdirir. Slovakiyanın Azərbaycanı Cənubi Qafqazın etibarlı tərəfdaşı kimi qəbul etməsi və Prezident İlham Əliyevin səfərini “ən yüksək səviyyədə qarşılıqlı marağı təmin edən siyasi hadisə” adlandırması bu reallığın təsdiqidir.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri artıq yeni strateji mərhələyə qədəm qoyub. Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu əməkdaşlıq, həmçinin Orta Dəhliz üzrə logistika xəttini gücləndirir, müdafiə sənayesində innovativ tərəfdaşlıq formalaşdırır, rəqəmsal transformasiya sahəsində yeni sinerji yaradır, regionda sülh və sabitlik üçün əlavə imkanlar açır. Artan siyasi iradə, geniş iqtisadi potensial və iki ölkənin tamamlayıcı üstünlükləri rəsmi Bakının Bratislava ilə əməkdaşlığının gələcək illərdə daha da dərinləşəcəyini göstərir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”da dəyişiklik edilməsi haqqında

01:25
30 Yanvar

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli və “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 avqust tarixli 463 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:24
30 Yanvar

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

01:23
30 Yanvar

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

01:22
30 Yanvar

Stiv Uitkof Ukrayna ilə Rusiya arasında sülh sazişinin tezliklə bağlanacağını bildirib  

22:36
29 Yanvar

ABŞ Senatında qismən şatdaunun qarşısını almaq üçün test səsverməsi uğursuz olub  

22:35
29 Yanvar

ABŞ Prezidenti Vladimir Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş edib  

22:25
29 Yanvar

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb  

21:58
29 Yanvar

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər  

21:43
29 Yanvar

Rusiya XİN: Moskva yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır  

21:36
29 Yanvar

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

Özbəkistanlı ekspert: TRIPP Orta Dəhliz üçün yeni idarəetmə siqnalı kimi qiymətləndirilir  

19:16
29 Yanvar

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır  

18:33
29 Yanvar

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə  

18:23
29 Yanvar

BMT: 2026-cı ildə qlobal iqtisadi artım pandemiyadan əvvəlki dövrdən aşağı olacaq

18:21
29 Yanvar

Qahirədə WUF13-lə bağlı seminar keçirilib  

18:16
29 Yanvar

Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb  

18:11
29 Yanvar

Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:07
29 Yanvar

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır! 

18:01
29 Yanvar

Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir  

17:53
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!