27 May 2024 15:19
534
İQTİSADİYYAT
A- A+

Azərbaycan San-Fransisko Qlobal Texnologiya Forumunda təmsil olunur  

 

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün San-Fransiskoda təşkil olunmuş Qlobal Texnologiya Forumunda iştirak edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forumda bu il 219 təşkilatı təmsil edən 300-dək qlobal lider iştirak edir. Dünya İqtisadi Forumunun 19 mərkəzi, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də tədbirdə təmsil olunur. Forum çərçivəsində ümumilikdə 110 spikerin çıxış edəcəyi planlaşdırılır.

Tədbirin keçirilməsində əsas məqsəd DİF tərəfindən inklüziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.

Forum çərçivəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan “Yeni enerji bərabərliyi” adlı sessiyada spiker qismində çıxış edəcək. Fariz Cəfərov, həmçinin üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.

Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video