28 Oktyabr 2025 18:53
3296
PARLAMENT
A- A+
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub

Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Qafarova qonağın ölkəmizə son altı ayda ikinci dəfə səfər etməsinin Azərbaycan və Rumıniya əlaqələrinin dinamik inkişafının bariz göstəricisi olduğunu qeyd edib. Beynəlxalq Parlament Konfransının əhəmiyyətindən danışan spiker vurğulayıb ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir.

Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, yüksəksəviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlər isə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə də regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqla qeyd olunub. Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaradır. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Sahibə Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə də toxunub. O, Vaşinqtonda sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib, sülhün və sabitliyin region üçün xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin etimad quruculuğu prosesinin vacibliyinə toxunulub, bu çərçivədə Ermənistan parlamentinin sədri ilə keçirilən görüş barədə məlumat verilib.

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, enerji, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və bu prosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələr çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub  

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!