07 May 2026 03:21
1223
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-1.1-ci maddəsində,97.4-cü maddəsinin birinci cümləsində və 150.4-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 45-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 97.4-cü maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 150.4-cü maddəsinin üçüncü cümləsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş" informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.iki ay müddətində:

2.1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. həmin Məcəllənin 528-3.6-cı və 528-3.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21aprel tarixli 388-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 mart tarixli 617 nömrəli, 13 mart tarixli 619 nömrəli, 16 mart tarixli 622 nömrəli və 14 aprel tarixli 642 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə: 

3.1.1. 4.1-ci bəndə "97.5" rəqəmlərindən əvvəl "97.4-cü maddəsinin birinci cümləsində," sözləri əlavə olunsun və həmin bənddə "127-4.3" rəqəmləri "127-4.3-cü maddələrində, 150.4-cü maddəsinin üçüncü cümləsində" sözləri ilə əvəz edilsin;

3.1.2.4.9-cu bənddən "97.4," rəqəmləri çıxarılsın; 

3.1.3. 4.14-1-ci bəndə ikinci halda "maddələrində" sözündən sonra "və 150.4-cü maddəsinin üçüncü cümləsində" sözləri əlavə edilsin;

3.1.4. 4.53-cü bəndə "cümlələrində" sözündən sonra ", 97.4-cü maddəsinin birinci cümləsində" sözləri əlavə edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.1-ci bəndə "157," rəqəmlərindən sonra "189-4, 189-5," rəqəmləri əlavə olunsun və həmin bənddə "524" rəqəmləri "523-1, 524,525-1" rəqəmləri ilə əvəz edilsin;

3.2.2. 5.42-ci bənddə "410" rəqəmləri "410.1" rəqəmləri ilə əvəz edilsin;

3.2.3. 5.44-cü bəndə "445," rəqəmlərindən sonra "445-1 (bu Fərmanın 5.50-3-cü bəndi nəzərə alınmaqla)," sözləri əlavə edilsin;

3.2.4. aşağıdakı məzmunda 5.50-3-cü bənd əlavə edilsin:

"5.50-3. həmin Məcəllənin 445-1.1-ci, 445-1.2-ci, 445-1.4-cü və 445-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, həmin inzibati xətalar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edildikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır;";

3.2.5. 5.64-cü bənd aşağıdakı redaksiyada verilsin:

"5.64. həmin Məcəllənin 391-1-ci, 432-1.1-ci, 432-1.2-ci, 528-3.1-ci, 528-3.3 - 528-3.5-ci, 562.3-cü və 579 - 582-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır;

3.2.6. 5.68-ci bənd ləğv edilsin.

4.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (l kitab), maddələr 1294, 1295, (ll kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 13 mart tarixli 619 nömrəli və 16 mart tarixli 622 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1.2.1-ci və 2.5-ci bəndlərə "157," rəqəmlərindən sonra "189-4, 189-5," rəqəmləri əlavə olunsun və həmin bəndlərdə "524" rəqəmləri "523-1, 524, 525-1" rəqəmləri ilə əvəz edilsin;

4.2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

"3.5. Məcəllənin 528-3.1-ci və 528-3.3 - 528-3.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri.".

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli və 15 aprel tarixli 643 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1.1-ci hissədən "181.0.2," rəqəmləri çıxarılsın və həmin hissəyə "525," rəqəmlərindən sonra "528-3.2," rəqəmləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 58-4-cü hissə əlavə edilsin:

"58-4. Məcəllənin 528-3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol - ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri, yerli icra qurumlarının rəisləri, onların müavinləri.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 may 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!