15 Iyun 2024 02:21
530
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında

 

№ 301

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 549 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 15-ci hissə əlavə edilsin:

“15. İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri

15.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisə-lərində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

15.2. İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına qanunveri-cilikdə nəzərdə tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş məbləğdə birdəfəlik pul vəsaiti verilir.

15.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.

15.4. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsi olmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər. Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.

15.5. Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evə aparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istirahət düşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri tərəfindən internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiq kömək göstərilir.

15.6. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayən-dənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

15.7. İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həmin müəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaq hüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslər bitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedib-gəlməsinə icazə verilmir.

15.8. İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyata keçirilir.

15.9. İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video