02 Iyul 2022 02:16
877
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Yusifov Mahmud Şahmurad oğlu         - tibb xidməti polkovniki

 

"Vətən uğrunda" medalı ilə

 

Abbasov Rəşad Vaqif oğlu                  - polis polkovniki

Aslanov Çingiz Rauf oğlu                   - polis polkovniki

Həmzəyev Pərviz Mahmud oğlu         - polis polkovniki

Qurbanov Elmir Vaqif oğlu                - polis polkovniki

Məmmədov Emin Mobil oğlu            - polis polkovniki

Nəsirov Zaur Zakir oğlu                    - polis polkovniki

Sarıyev Bəkir Qəhrəman oğlu            - polis polkovniki

Abbasov Zaur Nürəddin oğlu             - polis polkovnik-leytenantı

Camalov Vüqar Yahya oğlu               - polis polkovnik-leytenantı

Əlizadə Cavidan Gülağa oğlu             - polis polkovnik-leytenantı

Kərimov Rəhman Cəbrayıl oğlu         - polis polkovnik-leytenantı

Qasımov Ceyhun Həsən oğlu             - polis polkovnik-leytenantı

Qasımov Nəvai Becan oğlu                - polis polkovnik-leytenantı                      

Quliyev Elşən Şahlar oğlu                  - polis polkovnik-leytenantı

Səlimov Murad Rəfayıl oğlu              - polis polkovnik-leytenantı

Cəfərov Məhiyəddin Bulud oğlu        - polis mayoru

 Əliyev Səttar Nizami oğlu                 - polis kapitanı

 Məmmədov Şakir Fərman oğlu         - polis baş leytenantı

                        

"İgidliyə görə" medalı ilə

 

Məmmədov Nəsib Sayad oğlu                - polis polkovniki

Qaflanov Qurban Oruc oğlu                    - polis polkovnik-leytenantı

Şıxnəbiyev Rəşad Rəhbər oğlu               - polis polkovnik-leytenantı

Nağıyev Kənan İlyas oğlu                      - polis mayoru

Dadaşov Rəşvin Akif oğlu                     - polis kapitanı

Mehvalıyev Cəmaləddin Teymur oğlu    - polis baş leytenantı

Həbibullayev Rasim Fərman oğlu          - polis kiçik leytenantı.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  1 iyul 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video