31 Yanvar 2024 11:30
5164
Elm və texnika
A- A+
“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi işıq üzü görüb

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi işıq üzü görüb

 

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin bütün nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin olunması məqsədilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir. Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından IX cildi latın qrafikasında nəşr edilərək oxucuların ixtiyarına verilib. Doqquzuncu cild 1919-cu ilin iyun ayını (192-214-cü nömrələri) əhatə edir.

ADA Universitetinin rektoru Hafiz Paşayev topluya yazdığı “Ön söz”də layihənin əhəmiyyətindən bəhs edib, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolunu dəfələrlə vurğulayıb. O, 1918–1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin tam külliyatının ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmini və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük ma-raq doğuracağını vurğulayıb.

Topluya daxil edilmiş nömrələrdə hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müzakirə olunan qanun layihələri barədə materiallar, həmçinin bədii ədəbiyyat nümunələri yer alıb. Bu nömrələrin hər birində qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və separatçılıq siyasətini əks etdirən məqalələr də dərc olunub. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırmaçılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir. Bəhs olunan məqalələri diqqətdən keçirərkən tarixin təkrarlandığının, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugünkü Azərbaycanda baş verən hadisələr arasındakı paralellərin, oxşarlıqların, müəyyən məqamlarda eyniyyətin şahidi oluruq. Məsələn, “Erməni Cümhuriyyətində müsəlmanların halı” başlıqlı məqalədə oxuyuruq: “Sövqi-tale ilə erməni cümhuriyyəti daxilində qalmış müsəlmanların halı olduqca faciəli bir haldır.

İrəvanın ən gözəl və böyük bağları, evləri əksəriyyətlə müsəlmanlara məxsus idi. Bahardan başlamış payızın son ayına qədər İrəvan şəhərini yaşıl qanadları altında sayələndirən [kölgələndirən] ağacların, bağçaların ən çoxu müsəlmanların malı idi. Qafqazın bir çox yerlərində ad qazanmış İrəvan məhsulatı meyvələrin 4-də 3 payı müsəlmanların yetirməsi idi.

İrəvan müsəlmanları bu son illər zərfində ticarətcə də çox böyük tərəqqilər etmişdilər. Rusiyanın, İranın, Osmanlının, Germaniyanın ticarət mərkəzləri ilə əlaqəyə girişmişdilər. İçlərindən bir neçə "tarqovı dom - ticarət evi" sahibləri və bir neçə kəsbkar [qazanan] milyonerlər zühura gətirmişdilər. Çoxdan bəri özlərini Qafqazın tacirləri adlandıran ermənilərlə İrəvan şəhərində müsəlmanlar böyük rəqabətə başlamışdılar. Müsəlmanlar dəxi hər növ mallara aid mütəəddid [çoxsaylı] mağazalara malik olmuşdular.

Ticarət meydanı İrəvanda yavaş-yavaş müsəlmanların ixtiyarına keçməkdə idi. Əkinçilikdə, bağçılıqda, dabbağlıqda, arıçılıqda, maldarlıqda dəxi ən böyük mövqe müsəlmanlarınkı idi.

İrəvan müsəlmanları ticarətə baxdıqları kimi, maarifə dəxi xoş nəzərlə baxmaqda idilər. Yaxın zamanlardan bəri bir çox oxumuş qızlar, ali məktəblər görmüş, darülfünun [universitet] qurtarmış oğlanlar yetirmişdilər”(6 iyun, nömrə 197).

Göründüyü kimi, məqalə tarixdən nəticə çıxarmaq üçün olduqca əhəmiyyətli və vacibdir. Bu mənada ADA Universitetinin xeyirxah təşəbbüsü Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək baxımından alqışa layıqdir.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!